Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti hiyləgər gedişini etdi.

 

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın KTMT-nin Baş katibi vəzifəsinə sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı təklif etməyə hazırlaşması ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi bildirib ki, Paşinyanın KTMT-nin Baş katibi Yuri Xaçaturovu həbs etmək istəyi Kremlin xoşuna gəlməyib və Rusiya rəsmiləri İrəvanın bu qərarına açıq etirazlarını bildiriblər:

“Ancaq Paşinyan Moskvanın bu etirazı qarşılığında “səhv etdik, Yuri Xaçaturov fəaliyyətinə davam edə bilər” desəydi, tərəfdarlarının gözündə zəif görünəcəkdi, onun ünvanına “Kremlin xəbərdarlığından qorxdu” ifadəsini səsləndirəcəkdilər. Bəs, belə olan halda Paşinyan hansı addımı atdı? Ermənistanın baş naziri təşkilata Yuri Xaçaturovun əvəzinə baş katib kimi keçmiş müdafiə naziri Vaqarşak Arutyunyanın namizədliyini irəli sürdü. Kreml Xaçaturovun geri qaytarılmasına etiraz etsə də, Vaqarşak Arutyunyanın namizədliyinin əleyhinə də açıq mövqe bildirməkdə çətinlik çəkir. Çünki Vaqarşak Arutunyan tam ruspərəst biridir və məhz bu general Rusiyanın dəstəyi ilə Ermənistanda 1990-cı illərdə vacib hərbi postlarda çalışıb. Beləcə, Paşinyan Xaçaturovu geri çağırmaqla Moskvadan çəkinmədiyini, Vaqarşak Arutyunyanın namizədliyini irəli sürməklə isə Moskvanın maraqlarını nəzərə aldığını da büruzə verir. Tam erməni gedişidir”.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi vəzifəsinə sabiq müdafiə naziri Vaqarşak Arutyunyanı təklif etmək niyyətindədir.

Arutyunyan 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsini tutub.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti