Allah eləməsin, Tehranda mərkəzi hökumət süqut edərsə, bu dəfə yalnız kürd məsələsi deyil, Azərbaycanda da problem yaşanacaq.

 

Axar.az xəbər verir ki, bu sözləri Tehran Universitetinin siyasi elmlər üzrə professoru, politoloq Sadiq Zibakəlam İranda mərkəzi hökumətin süquta uğrayacağı halda nələrin yaşanacağı barədə “İnsaf Nyus”a danışarkən deyib. O, İranda hökumətin çökəcəyi təqdirdə Güney Azərbaycanda bir çox problemin yaşanacağını proqnozlaşdırıb:

“Ona görə ki, orada millətçilik düşəncəsi geniş şəkildə yayılıb. Ölkədə mədəni tələblər təmin olunmadığı üçün siyasi inkişafımız da yoxdur. Misal üçün, 1979-cu ildə sünnilər var gücləri ilə inqilaba qoşuldular. Lakin yanlış siyasətlərin tətbiqi nəticəsində sünni bölgələrində kin və nifrət yaranıb. Buna Sistan və Bəlucistan, həmçinin Xuzistanı misal kimi göstərmək olar.

1979-cu il inqilabında hamı şaha qarşı birləşmişdi, bütün etirazçılar Ayətullah Xomeynidən söz eşidirdi. Lakin indi hökumətə qarşı etiraz edənlərin hər birinin fərqli hədəfi var. Bu məsələlər vəziyyəti mürəkkəbləşdirib, ona görə də narahatam. Sabitlik pozularsa, biz irəli getməyəcəyik, vəziyyət daha da pisləşəcək. Hökumət üçün ciddi problem yaransa, Amerika Birləşmiş Ştatları hücum etsə və ya əhali baş qaldırsa, heç bir şəkildə bizim inkişafımıza yol açılmayacaq”.

Qeyd edək ki, bundan əvvəl Tehranın millət vəkili İlyas Həzrəti oxşar açıqlama verərək bildirmişdi ki, ana dilində təhsil azərbaycanlıların əsas tələbidir. Bu tələb təmin olunmasa, Azərbaycanın gələcəyi sual altında olacaq.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti