|
Vaşinqton Hind-Sakit okean regionunda təhlükəsizliyin gücləndirilməsinə təxminən 300 milyon dollar vəsait ayırmağı düşünür.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, bu qərar regionda stabilliyin gücləndirilməsi kursu əsasında qəbul edilib.
O, bu qərarın transmilli təhdidlərlə mübarizəyə yardım edəcəyini bildirib.