|
Türkiyə Xarici İşlər Nazirliyi Venesuela Prezidenti Nikolas Maduroya edilən sui-qəsdlə bağlı bəyanat yayıb.
Axar.az xəbər verir ki, bəynatda Türkiyənin hər zaman Venesuelanın yanında olacağı bildirilib:
“Türkiyə bu çətin zamanda dost və qardaş Venesuela xalqı, Maduro, ailəsi və bütün hökumət rəsmilərinin yanındadır. Venesuelada sabitlik və təhlükəsizliyin olması ən böyük istəyimizdir”.