|
Suriyanın cənub-qərbində Əsəd rejimi və dəstəkçiləri ilə müxaliflər arasında atəşkəsə nail olunub.
Axar.az xəbər verir ki, bu barədə “Röyter” informasiya yayıb.
Suriyanın cənubundakı Rusiya qüvvələrinin də iştirakı ilə bağlanan sazişə görə, Suriya ordusu və rejim tərəfdarları olan milislər Dera qəsəbəsinin şərqinə geri çəkiləcək və bu əraziyə rus ordusunun idarə edəcəyi yerli qüvvələr yerləşdiriləcək.