|
ABŞ-ın "Nyusvik" dərgisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alması cavabsız qalmayıb.
Axar.az xəbər verir ki, Türkiyə vətəndaşları sosial şəbəkələrdə "Hamımız Ərdoğanıq" həştəqi ilə prezidentə dəstək kampaniyası başladıblar. Qısa müddət ərzində onminlərlə vətəndaş kampaniyaya dəstək olaraq, Ərdoğana sevgilərini nümayiş etdiriblər.
Qeyd edək ki, "Nyusvik" dərgisi Türkiyənin PKK və FETÖ siyasətini tənqid etmişdi.