|
Avqustun 6-da, bazar ertəsi ABŞ, İrana yeni iki mərhələli bir embarqoya başlayacaq.
AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ İrana qarşı tətbiq olunan embarqoya dair iki mərhələli yeni bir qərarın ilk mərhələsinə start verəcək.
Embarqo daxilində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarətinə zərbə vurulmaqla avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.