İnsanlar arasında keçmişdən yanlış təsəvvür formalaşıb ki, əkin sahələrini yandırmaqla yaranan kül guya torpağa xeyirlidir və gübrə rolunu oynayır.

Əslində təcrübə göstərir ki, əkin sahəsinin yandırılması zamanı torpağın üst qatı kifayət qədər zədələnir, torpağın münbitləşməsinə kömək edən canlı orqanizmlərin hamısı məhv olur.

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili əkin sahələrinin yandırılması barədə danışarkən deyib. O bildirib ki, biçindən sonra əkin yerlərinin yandırılması məhsuldarlığa zərərli olmaqla yanaşı, həm də təhlükəlidir:

“Taxıl sahələrində biçindən sonra məhsulun qalıqları iki formada: öz-özünə və gəmiricilər vasitəsilə məhv edilir. Şumlanmış əkin sahələrində əvvəlki mövsümdən qalan taxıl qalıqları gübrə rolunu oynayır. Bütün hallarda əkin sahələrinin yandırılması torpaqların münbitləşməsi cəhətdən müsbət təsirə malik deyil. Həm elmi, həm də texnoloji cəhətdən sübut olunub ki, əkin sahələrinin yandırılması topağın münbitliyinə kifayət qədər ziyandır.

Bundan əlavə, əkin sahələrinin yandırılması ətraf mühitinin qorunması baxımından da təhlükəli hesab olunur. Çünki əkin sahələrində bilərəkdən törədilən yanğınlar həm digər torpaq sahələrinə keçə, həm də meşə yanğınlarına səbəb ola bilər. Fikrimcə, dünyanın əksər ölkələrində yanğınlarla ciddi mübarizə aparıldığı bir vaxtda bu məsələ ilə ciddi məşğul olmaq lazımdır”.

Millət vəkilinin sözlərinə görə, bu tendensiyanı aradan qaldırmaq üçün ilk növbədə əkinçilər arasında ciddi maarifləndirici tədbirlər aparmaq lazımdır:

“Bu gün torpağın məhsuldarlığının artırılması kənd təsərrüfatının qarşısında duran əsas məsələlərdəndir. Azərbaycanda məhsuldarlığın artırılması, yəni hər hektara əkilən məhsuldan daha çox məhsul götürülməsi, bizim kənd təsərrüfatı qarşısında apardığımız islahatların br nömrəli məqsədlərindən biridir. Məhz bu baxımdan torpağın düzgün, vaxtlı-vaxtında becərilməsi çox vacibdir.

Ümumiyyətlə, bu düşüncəni aradan qaldırmaq üçün torpaq sahiblərini maarifləndirmək, əməl etməyənlərlə isə hüquqi formada mübarizə aparmaq lazımdır.

Ölkə prezidentinin təşəbbüsü ilə qanunvericilikdə edilən dəyişikliyə əsasən əkin sahələrinin yandırılmasına görə İnzibati Xətalar Məcəlləsinə yeni cərimə növü əlavə olunub. İXM-nin 244-cü maddəsinə əsasən əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti