Bu günlərdə Hollandiya mətbuatında, həmin ölkədə yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, Hollandiyada fəaliyyət göstərən “Konnekt” təşkilatının sədri Vüqar Abbasovun Azərbaycandan, ölkəmizin turizm imkanlarından bəhs olunan yazısı çıxıb.

 

Axar.az Diasporla İş üzrə Dövlət Komitəsində istinadən xəbər verir ki, yazı “Möcüzələr ölkəsi” adlanır. Yazıda qeyd olunub ki, Azərbaycanı dünyada çox vaxt neft ölkəsi kimi tanıyırlar, ancaq bu ölkəni həm də dünyada məşhur şairlərinə, yazıçılarına, bəstəkarlarına və s. görə də tanıyırlar. Müəllif yazıda həmçinin Nizaminin, Füzulinin, Nəsiminin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin adlarını çəkib. Son vaxtlarda Azərbaycana çoxsaylı turistin gəldiyini qeyd edən müəllif onların marağını cəlb edən Yanar Dağdan söhbət açıb, Qubaya, Qusara olan səfərlərindən bəhs edir.

Yazının əsas hissəsində isə Azərbaycanımızın qədim yerlərindən biri olan Şəkidən bəhs olunur. Şəki Xan Sarayından geniş söhbət açan müəllif qeyd edib ki, saray 1797-ci ildə inşa edilib. Sarayın özəlliklərindən biri də budur ki, pəncərələrin hazırlanmasında mismardan, yapışdırıcıdan istifadə edilməyib. Şəkinin qədim küçələrindən danışan soydaşımız şəkililərin çox yardımsevər, qonaqpərvər olduqlarından da bəhs edərək qeyd edib ki, əgər sən küçədə kimdənsə bir ünvan soruşsan, həmin şəxs səninlə bərabər axtardığın ünvana qədər bələdçilik edə bilər. Şəkiyə gəlib, Şəki paxlavasının dadına baxmamağın mümkünsüz olduğu yazıda xüsusi qeyd olunub.

“Azərbaycan elə bir ölkədir ki, ora bir dəfə getdinsə, yenə də getmək istəyəcəksən. Şəkini də bu sıraya daxil etmək olar, hər səfərində yeni bir şey görəcəksən”, – deyə soydaşımız qeyd edir.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti