|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də Bəhreyn Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Ebrahim Yusuf Al-Abdullanın, Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Məhəmməd Şərif Anisin və Koreya Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Kim Hen Cunun etimadnaməsini qəbul edib.
Axar.az xəbər verir ki, görüşlər zamanı Azərbaycanla bu ölkələr arasındakı münasibətlər müzakirə olunub.