Qonşu ölkələrdə milli valyutaların məzənnəsində baş verən ciddi dəyişikliklər daha çox həmin dövlətlərlə ABŞ arasında siyasi müstəvidə yaranmış vəziyyətlə bağlıdır.

 

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. Ekspert bildirib ki, Rusiya və İran Azərbaycanın yaxın qonşusu, iqtisadi və ticarət əlaqələrinin yüksək səviyyədə olduğu ölkələrdir.

“Həmçinin qardaş Türkiyə ilə bizim bütün səviyyələrdə münasibətlərimiz bu gün özünün pik həddinə çatıb. Bizim ümumi ticarət dövriyyəmizin 25%-i Türkiyə ilə Rusiyanın payına düşür. Qeyri-neft sektorundan ixracımızın böyük bir hissəsi də bu iki ölkənin daxili bazarında özünə yer tapır. Bu səbəbdən həmin ölkələrdə milli valyutaların sürətlə dəyər itirməsi arzuolunan deyil. Rusiya və Türkiyə bazarlarına ixrac etdiyimiz məhsulların qiymətini bu ölkələrin milli valyutalarının ucuzlaşdığı bir səviyyədə qaldırmaq mümkün deyil. Bu isə məhsullarımızın sözügedən ölkələrin yerli məhsulları ilə rəqabətinə təsir edə bilər. Qiymətlər qaldırılmadığı halda isə ixrac məhsullarımızın satışından ziyan təhlükəsi yarana bilər. Bu ölkələrdən idxal etdiyimiz məhsulların qiymətləri hesabına bəzi uduşlarımız olsa da, bütövlükdə belə vəziyyət ixracımız üçün arzuolunan deyil”.

F.Yusifov qonşu ölkələrin milli valyutaları ətrafında baş verən proseslərin manata ciddi təsirlərinin olmayacağını deyib:

“Azərbaycan hökuməti və Mərkəzi Bank zəruri qabaqlayıcı tədbirlər görməklə bu cür təsirləri neytrallaşdıra biləcəklər. Digər tərəfdən neftin qiymətlərinin bundan sonrakı dönəmlərdə artması ehtimalı çox böyükdür. İran neftinin ixracına qoyulan qadağa dünya bazarlarında neftin qiymətlərinin artımını stimullaşdıracaq. Bu isə öz növbəsində Azərbaycan manatının sabitliyini və ölkəmizə indikindən daha çox valyuta gəlirlərinin daxil olmasını təmin edəcək mühüm amillərdən biridir. Valyuta gəlirləri nə qədər çox olarsa, manatın məzənnəsinin sabitliyi təmin ediləcək. Digər tərəfdən Azərbaycan hökuməti son bir neçə ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun sürətli inkişafını təmin edəcək bir çox mühüm addımlar atıb. Atılan bu addımların artıq ilkin nəticələri diqqətəlayiqdir. İqtisadi böhrandan sonra ilk dəfədir ki, cari ilin yarım ili ərzində iqtisadiyyatın qeyri-neft sənayesində 9, aqrar sektorda 7 faiz artım qeydə alınıb. Bütün bunlar milli valyutamızın sabitliyinin qarantı kimi çıxış edir”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti