Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər davam etməkdədir. Belə möhtəşəm tədbirlərdən biri də Tovuz rayonunda baş tutdu. Tədbiri Tovuz rayon icra başçısı Məmməd Məmmədov açdı.Mədəniyyət və Turizm Nazirliyinin Tovuz bölgəsi üzrə region rəisi Ramiz Quliyev tədbirin qonaqlarından idi.Geniş ictimai kütlənin iştirak etdiyi tədbirdə dövlət və ictimai xadimlər ,elm və mədəniyyət xadimləri,bir sıra tanınmış ziyalılar və görkəmli şəxsiyyətlər iştirak etdi.