“Mudi” beynəlxalq reytinq agentliyinin ölkəmizlə bağlı gözləntilərində həqiqət var.

 

Bunu Axar.az-a “Mudi” beynəlxalq reytinq agentliyinin 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyi ilə bağlı hesabatını şərh edən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda son illər ərzində həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunda artımlar əldə edilib:

“Azərbaycanda ixrac faktiki olaraq artaraq idxalı üstələyib, ticarət balansında müsbət saldo yaranıb. Eyni zamanda, fikir verirsinizsə, son vaxtlar neftin qiyməti yüksəkdir, hardasa 70-75 dollar səviyyəsindədir. Bütün bunların hamısı onu göstərir ki, Azərbaycanda 2019-cu ildə ÜDM 2-3 faiz arta bilər. O cümlədən manatın stabilliyi qorunub saxlanılacaq. Hazırda Azərbaycanın 45 milyard dollara yaxın ehtiyatı var, Mərkəzi Bank tərəfindən pul kütləsinə çox ciddi nəzarət mexanizmi həyata keçirilir”.

Qeyd edək ki, “Mudi” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyinə dair hesabat yayıb.

“Əlverişli xarici mühit, ötən il neft qiymətinin orta hesabla 54 dollar olması, milli valyutanın sabitliyi və inflyasiyanın azalması Azərbaycan iqtisadiyyatının bərpasına gətirib çıxarıb. Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur", - hesabatda bildirilib.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti