|
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti avqustun 13-də gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Departamentdən Axar.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-23°, gündüz 24-27° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir", - deyə məlumatda bildirilir.