|
Xəzər dənizinin hüquqi statusunun həll olunması sıx əməkdaşlığın inkişafına şərait yaradacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin V Xəzər sammitində çıxışı zamanı deyib.
Putin bildirib ki, Xəzərin statusu haqqında Konvensiya məhdudiyyətləri aradan qaldıracaq və regiondankənar güclərin su hövzəsindən uzaqlaşmasını tənzimləyəcək.