Hər kəsə bəllidir ki, bu gün kim hansı vəzifəni daşıyırsa, həmin şəxsin həyata keçirdiyi idarəçiliyin mahiyyətinə, tabeçiliyində olan şəxslərə qarşı bəslədiyi münasibətin varlığına, yürüdülən dövlət siyasətinin müdafiə olunması yöndə oynadığı rola və atdığı digər addımlarına görə, hal-hazırda ortaya fərqli yanaşmalar qoyulmaqdadır. Hətta, elə hallar olur ki, bu kimi addımların hər biri ictimai müzakirələrin keçirilməsi ilə də nəticələnir. Yəni, ictimai fikirdə cəmiyyətin böyük kəsimi tərəfindən idarəetməni həyata keçirən vəzifə sahibinə qarşı ya rəğbət hissi, ya da ki, nifrət hissi formalaşır. Həmin vaxt “ağı qaradan seçməyə”, ədalətli yanaşma nümayiş etdirməyə, bir sözlə ətrafa “açıq gözlə baxıb” vicdanlı mövqe ortaya qoymağa, sanki ehtiyac duyulur. Son vaxtlar isə, ayrı-ayrı media qurumlarında 09 fevral 2015-ci il tarixdən "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini daşıyan Cavid Qurbanovun işgüzar fəaliyyətinə “kölgə salmaq” istəyən bəzi “yazarlar”ın yazılarını oxuduqca təəssüf hissi keçirməli oluruq. Çünki, həmin müəlliflər adı çəkilən vəzifə sahibinin fəaliyyəti haqda məqalələri yayımlayarkən ya “kar”, ya da ki, “kor” olurlar. Ona görə də, bir anlığa olsa belə Cavid Qurbanovun həyat və fəaliyyətinə, daha çox “Azərbaycan Dəmir Yolları” QSC-də daşıdığı vəzifəsinin icraasına başladıqdan sonra, atdığı addımlarının varlığına diqqət yetirək və öz qiymətimizi verməyi də bacaraq.
Əvvəla onu qeyd edək ki, Cavid Qurbanov 1958-ci ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuş və 1975-ci ildə Kəlbəcər rayon orta məktəbində orta təhsilini uğurla başa vurduqdan sonra, 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki Azərbaycan Memarlıq və İnşaat Universitetinə) daxil olur. 2007-ci ilə kimi müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olsa da, o, həmin ildən 2015-ci ilə kimi “Azəryolservis” ASC-nin (indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin) sədri vəzifəsini daşıyır. 9 fevral 2015-ci ildən bu günə qədər isə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsini daşımaqdadır. Yeni Azərbaycan Partiyasının üzvü, texniki elmləri namizədi olan Cavid Qurbanov, 123 saylı Kəlbəcər Seçki Dairəsindən III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilir və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin də üzvü olur. 12 oktyabr 2016-cı il tarixdə Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilən Cavid Qurbanov, 18 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə də təltif olunur.
Son illər “Azərbaycan Dəmir Yolları” QSC-i sədrini atdığı addımlara diqqət yetirək. Belə ki, bu şəxs vəzifəsinin icraasına başladıqdan sonra 2015-ci ilin mart ayında Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurmadan işlərinə başlanıldı və 10 fevral 2017-ci tarixdə istifadəyə verildi. Buna da əsas səbəb, Bakının giriş qapısı hesab olunan Dəmir Yolu Vağzalında yüksək standartlara və müasir dövrün tələblərinə cavab verən yenidənqurma işlərinin görülməsinə ehtiyacın yaranması idi. Vağzalın əsas binasının fasadı memarlıq üslubunun saxlanması şərtilə yenidən quruldu, binanın daxilində əsaslı təmir işləri görüldü. Bilet satışı kassaları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olundu, eskalatorlar yenisi ilə əvəzləndi, yük, sərnişin və əlillər üçün liftlər quraşdırıldı. Əsaslı təmirdən sonra inzibati otaqlar, müasir standartlara cavab verən ticarət və iaşə obyektləri yaradıldı, ana-uşaq otaqları, gözləmə zalı, saxlama kameraları sərnişinlərin istifadəsinə verildi. Bu gün Vağzal binasının ikinci mərtəbəsində 2 saylı “ASAN kommunal” fəaliyyət göstərir. Mərkəzdə qeydiyyat yerindən asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən vağzaldan istifadə edən hər kəsə yüksək səviyyədə xidmət göstərilir. Burada 3 qurum - “Azərişıq” və “Azərsu” ASC-lər, həmçinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 45 növ xidmət var. Mərkəzdə “Azərişıq” və “Azərsu” ASC-lərin hər biri üçün 10, “Azəriqaz” İstehsalat Birliyi üçün isə 9 xidmət pəncərəsi yaradılıb. Bank və notariat xidmətlərinin də təşkil edildiyi mərkəzdə 51 əməkdaş, 20 könüllü, ümumilikdə, 71 nəfər işlə təmin olunub. Mərkəzdə könüllülər otağı, konfrans zalı, uşaq əyləncə sahəsi yaradılıb. Bakı Dəmir Yolu Vağzalının yüksək səviyyədə yenidən qurulması, ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurla davam etdirildiyini aydın şəkildə göstərir. Əslində bu layihənin icra olunması Azərbaycan dəmir yollarının inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bakı Dəmir Yolu Vağzalının 7 platforması və 8 yolu da, görülən işlər çərçivəsində təmir olunub, platformalarda ikitərəfli oturacaqlar quraşdırılıb. Aparılan əsaslı yenidənqurma işləri zamanı rəsmi nümayəndələr zalı da, müasir səviyyədə təmir olunub.
Bundan əlavə, Bakı sərnişin-Sabunçu dəmir yolu da yenidən inşa olundu. Artıq xeyli müddətdir ki, Sabunçu dəmir yolu vağzalı kompleksi sərnişinlərə xidmət göstərməkdədir. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, məlumat bürosu, server otağı, əşyaların saxlanması kamerası yerləşir, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün də, xüsusi şərait də yaradılıb. Vağzalda müasir təhlükəsizlik kameraları, yanğınsöndürmə və havalandırma sistemləri, əlavə olaraq eskalator, lift, 17 turniket quraşdırılıb, iki piyada alt keçidi inşa edilib. Layihə çərçivəsində Sabunçu vağzalında iki yeni platforma salınıb, işıqlandırma dirəkləri və müasir sərnişin dayanacaqları quraşdırılıb. Stansiyadakı üç dəmir yolu xətti tamamilə yenidən qurulub. Sabunçu vağzalında dəmir yolu polisinin üçmərtəbəli binası tikilib və zəruri avadanlıqla təchiz olunub. Bakı sərnişin- Sabunçu dəmir yolu xətti üzərindəki Bakıxanov, Koroğlu, Keşlə və Nərimanov dayanacaqları da, tamamilə yenidən quruldu. Bakı dairəvi dəmir yolu xətti üzrə görülən işlərin davamı olaraq Məmmədli kəndində uzunluğu 17 metr olan yeraltı avtomobil keçidi, həmçinin Kürdəxanı kəndində uzunluqları 22 metr olan yeraltı avtomobil və yerüstü piyada keçidləri tikildi. Onu da vurğulamaq yerinə düşər ki, Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzərində yerləşən Koroğlu dayanacağının ümumi sahəsi 15 min kvadratmetrdir ki, bu dayanacaqda iki turniket binası inşa olunub, 17 turniket, müasir işıqlandırma dirəkləri və oturacaqlar quraşdırılıb. Ümumi sahəsi 10 min kvadratmetr olan Keşlə dayanacağında da, iki turniket binası inşa olunub, dayanacaqda iki platforma, 10 turniket, uzunluğu 39 metr, eni isə 2,5 metr olan yeraltı piyada keçid ərsəyə gətirilib. Ətraf ərazilərdə yaşıllıq və abadlıq işləri görülüb, avtomobillər üçün dayanacaq yaradılıb, platformada müasir işıqlandırma və yanğınsöndürmə sistemi quraşdırılıb. Nərimanov stansiyasının binası da əsaslı təmir olunub, platformalar, yerüstü piyada keçidi yenidən qurulub. Stansiyada yeni dəmir yolları salınıb və müasir işıqlandırma dirəkləri quraşdırılıb. Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə bütün rabitə və işarəvermə işləri tamamilə yenilənib, elektrik dirəkləri, rigelləri və kontakt şəbəkəsi yenidən qurulub.
Ötən illər ərzində atılan ən uğurlu addımlardan biri də, 30 dekabr 2018-ci il tarixindən etibarən Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkətinə start verilməsi oldu. Bakı və Gəncə şəhərləri, eləcə də həmin xətt üzrə yerləşən rayonlarla nəqliyyat əlaqələrinin genişləndirilməsinə, həmçinin, əhalinin sosial sifarişinin ödənməsinə hesablanmış bu əməli iş müstəsna əhəmiyyət kəsb etməkdəddir. Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşür. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir və qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları var. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn vasitəsilə satılır.
Hal-hazırda Azərbaycan nəqliyyatının ən böyük sahələrindən biri dəmir yolu sektorudur və bu sektor indi özünün sürətli inkişaf mərhələsindədir. Belə ki, son zamanlar bu sahənin inkişafı, yüksək dünya standartlarına çatdırılması istiqamətində məqsədyönlü layihələr, böyük həcmli işlər həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar, qəbul olunan dövlət proqramları bu sahədə həyata keçirilən islahatların daha da sürətlənməsinə, dəmir yolu nəqliyyatı vasitələrinin müasirləşdirilməsinə müsbət təsirini göstərməkdədir. Bütün bunlar son illərdə ölkəmizdə nəqliyyat infrastrukturunun davamlı inkişafı üzrə dövlət siyasətinin tərkib hissəsidir. Bu gün Azərbaycanda dəmir yolu infrastrukturunun müasirləşdirilməsi, beynəlxalq standartlara uyğun qurulması Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi inkişaf strategiyasının bəhrəsi olaraq özünü göstərir.
Son olaraq onu qeyd etmək istəyirik ki, “Azərbaycan Dəmir Yolları” QSC-nə Cavid Qurbanov rəis təyin olunmazdan əvvəl, bu sahədə baş alıb gedən anarxiyanın, “bezpredel” idarəçiliyin və digər özbaşınalıqların varlığını yada salmaq daha yaxşı hal olar. Yəqin ki, hər kəs adicə Bakı Dəmirylu Vağzalının təmirdən əvvəl hansı görkəmdə olduğunu xatırlayarsa, o halda Cavid Qurbanovun əməllərinə, gördüyü işlərə vicdanının səsi ilə qulaq asmalı olacaq. Bəzi üzdəniraq “media yazarları”nın yanaşmaları da, bu gün hər kəsdə ikrah hissi doğurmaqdadır. Çünki, onlar “ağı qara, qaranı isə ağ” görürlər və sərsəm düşüncələrini də ortaya qoyurlar. Odur ki, həmin yazarcığazlara məsləhət görərdik ki, Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nə rəis təyin olunduqdan sonra, görülən işlərə bir daha diqqətlə nəzər salın və yaddaşınızı təzələməyə də çalışın. Bəlkə o halda “qış yuxusu”ndan oyanıb, əsl həqiqətləri qələmə ala bildiniz. Yoxsa, siz...