Mayın 5-də “Azərbaycan Dəmir Yolları” QSC-də videokonfrans şəklində kollegiya iclası olub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərliyi ilə keçən iclasda qlobal pandemiya şəraitində insanların sağlamlığının qorunması, COVİD-19 qlobal pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin, habelə sosial-iqtisadi sahəyə ciddi fəsadlarının qarşısının alınması məqsədilə atılan vacib addımlardan danışılıb. Cəmiyyətin sədri qeyd edib ki, dövlət başçısının qətiyyətli və çevik qərarları, pandemiya ilə mübarizədə vətəndaşların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına qoşularaq sosial həmrəylik nümayiş etdirməsi tezliklə bu çətinlikdən xilas olacağımıza inam yaradır. 
        Cəmiyyətin sədri bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə dövlət başçısı ölkəmizin Avrasiyada önəmli nəqliyyat və logistika mərkəzlərindən biri kimi vacib roluna diqqət çəkib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi  pandemiya dövründə də Azərbaycan etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit daşımalarını təmin edir. Bildirilib ki, pandemiya şəraitində Azərbaycan dəmir yollarında sərnişindaşımaya məhdudiyyət qoyulsa da, yükdaşınmaları müntəzəm şəkildə yerinə yetirilir. Yükdaşımaların həcminin artmasında Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri  vacib rola malikdir. İclasda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə daşınan yüklərin həcminin artdığı da diqqətə çatdırılıb. Yüklərin daşınmasında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkətləri olan “ADY Konteyner” MMC və “ADY Ekspress” MMC böyük əhəmiyyət kəsb edir. O da vurğulanıb ki, 2017-ci ildən daşınan yüklər arasında qeyri-neft məhsulları üstünlük təşkil edir. 
       İclasda sərnişinlərin və dəmiryolçuların sağlamlığının qorunması üçün dəmir yollarında görülən müvafiq profilaktik tədbirlər, dezinfeksiya işləri barədə məlumat verilib. Qeyd edilib ki, pandemiya şəraitində işə məhdud sayda əməkdaşlar cəlb olunaraq, onların növbəli iş rejimində çalışmasına şərait yaradılıb. Fəaliyyətin səmərəliliyinin təşkili üçün müasir texniki innovasiyaların tətbiqi genişləndirilib, idarədə bütün sənədləşdirmə işləri elektronlaşdırılıb. 
        Cəmiyyətin sədri Abşeron dairəvi dəmir yolu layihəsinin tamamlandığını, qalan işlərin isə ilin sonunadək yekunlaşdırılacağını bildirib. O, Ləki-Qəbələ, Biləcəri-Yalama və Ələt-Astara dəmiryolu xəttinin tikintisi ilə bağlı görülən və görüləcək işlər barədə məlumat verib, layihələrin icra vəziyyəti ilə maraqlanıb. Bakı-Böyük Kəsik istiqamətində sürət həddinin artırılması üçün zəruri infrastruktur  tədbirlərinin həyata keçirilməsi müzakirə olunub. Həmçinin bildirilib ki, Xaçmaz–Şahdağ dəmir yolu xətti  layihələndirilir, ərazinin coğrafi relyefi öyrənilir.
       Cavid Qurbanov qeyd edib ki, Cəmiyyətin hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib. Bu il daha 9 lokomotivin çatdırılması nəzərdə tutulur. Eyni zamanda, 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub,  digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı  sifariş edilib.
        Videoformatda təşkil olunan iclasda pandemiya dövründə Cəmiyyətin müxtəlif strukturlarının fəaliyyətinə dair hesabatlar dinlənilib. Məlumat verilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, mayın 4-dən xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar Bakı-Xırdalan-Sumqayıt istiqamətində sərnişin sıxlığı müşahidə olunur. Sərnişin tələbatının artdığını nəzərə alaraq, həmin marşrut üzrə əlavə qatarların xəttə buraxılmasına qərar verilib. 
        İclasda ilin sonunadək icrası nəzərdə tutulan vacib məsələlər müzakirə olunub, konkret tədbirlər müəyyənləşdirilib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti