Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında yer alan sosial infrastruktur layihələri arasında mühüm yer tutan və birbaşa olaraq sənayenin, kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaran yol infrastrukturunun yenidən qurulması ilə bağlı məsələlərin həlli istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Ucar rayonunda 35 mindən artıq əhalinin ürəyincə olan kəndlərarası avtomobil yolunun yenidən qurulması işləri sonuncu mərhələdədir.

 

Vətəndaşlarımızın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə iqtisadi, həmçinin mədəni potensialını nümayiş etdirən yol infrastrukturu layihələrinin icrası hazırda Ucar rayonunda Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə yaşayış məntəqələrini əhatə edir.  Sözügedən yolun hazırda IV texniki dərəcəyə uyğun yenidən qurulması yekunlaşmaq üzrədir.

Alpout-Lək-Qazyan-Qarabörk marşrutu üzrə uzanan 31 km-lik avtomobil yolu əsasən qara örtük və çınqıl örtükdən ibarət idi. Ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti nəticəsində yolun yatağı və örtüyü deformasiyaya uğramış, çalalar və çökmələr əmələ gəlmişdi, çiyin hissələrin eni azalmışdı. Bir müddətdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sadalanan problemlərin aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərə start verib.

Tikinti layihəsinə uyğun olaraq, mövcud yol örtüyü və zəruri olan yerlərdə yol yatağının yararsız qruntu mexanizmlə qazılaraq çıxarılıb və kənara daşınıb, torpaq yatağının bərpası və relyefdən aşağı olan hissələrin qaldırılması üçün yol boyu yararlı material tökülərək kipləşdirmə işləri aparılıb. Bunun ardınca normativ qalınlıqda yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışığı ilə tikintisi işləri aparılıb. Bu işlər 310 min kv.m sahəni əhatə edir.

Yol boyu çiyinlərin 12 sm qalınlığında qum-çınqıl qarışığı ilə tikilməsi, zəruri olan yerlərdə piyada səkilərinin inşası, bundan başqa suötürücü boruların sıradan çıxması və yenilərinin inşası zərurəti yarandığından 432 paqon-metr metal boruların, həmçinin müxtəlif diametrli 840 paqon-metr dəmir-beton boruların quraşdırılması və izolyasiyası işlərinin aparılması da görülən işlərin siyahısındadır.

Tikinti norma və standartlarına uyğun olaraq torpaq işləri bitəndən sonra yolun 190 min kv.m sahəsinə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Bunun ardınca isə hərəkətin normal təşkili üçün 6 ədəd avtobus dayanacağı, 162 ədəd yol nişanı və 523 ədəd siqnal dirəyi quraşdırılaraq, həmçinin 93 km uzunluğunda xətlənmə işləri aparılaraq yolun yaxı aylarda vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 31 km uzunluğa malik Alpout-Lək-Qazyan-Qarabörk avtomobil yolu 5 yaşayış məntəqəsinin 36 minə yaxın əhalisini Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat və təhlükəsiz şəkildə çıxışına imkan yaratmaqla rayon mərkəzinə və ölkənin istənilən istiqamətinə gediş-gəlişinə şarait yaradacaq, kənd təsərrüfatı məhsullarının bazarlara tez və xarab olmadan daşınmasının həcmi artacaq.

 
 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti