22 illik müzakirədən sonra hazırlanan Xəzər Konvensiyası və orda əksini tapan prinsiplər ölkəmizin siyasi və iqtisadi maraqları baxımından olduqca əhəmiyyətlidir.

 

Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı 12 avqustda Aktauda Xəzəryanı dövlət başçılarının imzaladığı Xəzər Konvensiyası haqda danışarkən deyib. A.Camalqızı bildirib ki, haqlı olaraq “Xəzərin Konstitusiyası” adlandırılan bu Konvensiya hər şeydən öncə Xəzəryanı ölkələr arasında xoş münasibətə kölgə sala biləcək mümkün narazılığı aradan qaldırdı:

“Biz yaxşı xatırlayırıq ki, Xəzərlə bağlı yekun qərarın olmaması müəyyən yataqlardakı işlərin dondurulması ilə bərabər, həm də xoş qonşuluq münasibətlərində arzulanmayan anlaşılmazlıq da doğururdu. Bu Konvensiya məhz ona görə ilk növbədə sülhü, təhlükəsizliyi möhkəmləndirən amil sayılır ki, bu problemləri aradan qaldırır.

Konvensiyanın ratifikasiyasından sonra sözügedən yataqların müştərək işlənilməsi aktuallaşacaq. Digər tərəfdən, Azərbaycan üçün önəmli olan məqamlardan biri Xəzər dənizinin dibi ilə kabel və neft-qaz kəmərlərinin çəkilməsidir. Konvensiyada bu məqam da öz əksini tapdı. Politoloq Elçin Mirzəbəyli bu məqamı tam təhlil etdi və bildirdi ki, məsələn, Türkmənistanla Xəzərin dibindən kabel və ya boru çəkmək istəyəriksə, bu məsələ Türkmənistanla Azərbaycan arasında müzakirə ediləcək. Yəni hər bir ölkə özünə aid sektorda Xəzər dənizinin ekoloji vəziyyətini qorumaq şərti ilə istənilən layihəni gerçəkləşdirə bilər”.

A.Camalqızının sözlərinə görə, Konvensiyanın ən önəmli maddələrindən biri Rusiyanın Xəzər dənizində üzən gəmilərə öz ərazisindən istifadə etməklə xarici sulara çıxmaq imkanı yaratmasıdır:

“Bilirsiniz ki, Xəzər qapalı su hövzəsidir və burdan gəmilərin böyük okeanlara çıxışı Volqa-Don kanalı vasitəsilədir. Rusiya isə 1996-cı ildən Xəzəryanı dövlətlərin gəmilərinin Volqa-Don kanalından keçidinə məhdudiyyət qoymuşdu.

Rusiyanın Xəzəryanı ölkələrə qarşı bu xoş niyyəti əlbəttə ki, iqtisadi imkanları və əlaqələri genişləndirəcək. Xüsusən nəzərə alsaq ki, Azərbaycan Xəzərdə ən böyük yükdaşıma limanı inşa edir, onda bu Konvensiya ilə Xəzərin dibi ilə kəmərlərin çəkilməsi maneəsinin aradan qaldırılması, səthinin isə ümumi istifadədə olması, həmçinin okeanlara maneəsiz çıxış imkanları iqtisadi səmərənin ciddi şəkildə artırılması, Prezident cənab İlham Əliyevin dediyi kimi, Xəzərin nəqliyyat arteriyasına çevrilməsi yönündə önəmli addımdır”.

Media qrupu rəhbəri Konvensiyanın imzalanmasından sonra istər Rusiya, istərsə də Avropa mediasında “Azərbaycana ciddi güzəştlər edildi” başlığı ilə tirajlanan şərhlərə də münasibət bildirib:

“Azərbaycana qarşı xüsusi münasibətin olduğunu bütün təhlilçilər istisnasız olaraq bildirir. Bunun səbəbini də izah edirlər: Bakının uğurlu diplomatiyası, qonşularına qarşı xoş niyyəti, davamlı olaraq qonşularının da maraqlarını təmin etməklə öz milli maraqlarını üstün tutma prinsipi, ədalətliliyi, beynəlxalq təcrübəni və qanunvericiliyi əsas götürməsi. Azərbaycan bir daha öz ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə növbəti uğurunu qazandı”.

Xəzər Konvensiyasının Ermənistanda ciddi təşviş yaratdığını və qızğın müzakirələrə səbəb olduğunu xatırladan A.Camalqızı bildirib ki, iqtisadi baxımdan uğursuz duruma düşən İrəvanda bu dartışmalar gözlənilən idi:

“Onları narahat edən məsələlərdən biri də Azərbaycanın Ermənistanın KTMT və Aİİ-də müttəfiqi olan Rusiya və Qazaxıstanla əlaqələri daha yüksək müstəviyə qaldırmasıdır. Erməni vitse-spiker açıq şəkildə dedi ki, biz əsas müttəfiqlərimizlə münasibətləri zədələdiyimiz zamanda Azərbaycan həmin ölkələrlə əlaqələrini daha yüksək mövqeyə çıxardı və bu, İrəvan diplomatiyası üçün böyük uğursuzluqdur. Əlbəttə, hesab edirəm ki, bu Konvensiya həm də Xəzəryanı ölkələrin siyasi əlaqələrini gücləndirən faktor kimi diqqəti çəkməyə bilməz. Çünki “Xəzər beşliyi” iqtisadi maraqlarını birləşdirirlər və birgə təmin edirlərsə, demək, siyasi baxımdan da əlaqələr növbəti səviyyəyə yüksəlir. Bu isə Azərbaycan diplomatiyasının növbəti uğurudur”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti