|
Millət vəkili Qənirə Paşayeva Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş keçirib.
Axar.az xəbər verir ki, millət vəkili görüşlər zamanı Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağ münaqişəsindən danışıb.
O, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması barədə geniş məlumat verib və təmsilçiləri Qarabağ həqiqətlərinin yayılmasında daha fəal olmağa çağırıb.
Deputat Qırğızıstan heyətini Turan Qurultayı çərçivəsində keçirilmiş qədim çövkən oyunu üzrə yarışın qalibi olması münasibətilə təbrik edib və qədim türk oyunlarından olan çövkənin yüksək səviyyədə yaşadılmasını təqdir edib.