Azərbaycan Türkiyə-Rusiya yaxınlaşmasında maraqlı olmalı, bu məsələ üçün öz töhfələrini verməlidir. Ermənistan üçün Türkiyə-Rusiya ittifaqı ən xoşagəlməz ssenaridir.

 

Bu sözləri Axar.az-a Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidanın Rusiya lideri Vladimir Putinlə görüşəcəyi ilə bağlı xəbərlərə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Türkiyə ilə Rusiyanın yaxınlaşmasının səbəbkarı Qərbdir:

“Bu iki ölkə ötən əsrin əvvəlində də yaxınlaşmışdılar. O vaxt hər iki dövlətin Qərblə münasibətləri müharibə səviyyəsində idi. İndi elə olmasa da, Türkiyə ilə Rusiyanın Qərblə münasibətləri gərgindir və daha da gərginləşməyə doğru gedir. Bu da istər-istəməz Türkiyə ilə Rusiyanı yaxınlaşdırır. Ümumiyyətlə, Türkiyə ilə Rusiyanın çox bağlılığı var. Türkiyənin slavyan, Rusiyanın da türk tarixi var. Əsrlərdir türklərlə slavyanlar bir məkanda yaşayıblar, yaşayırlar. Deməyim odur ki, Türkiyə ilə Rusiya daha səmimi müttəfiqə çevrilsələr, bu təkcə iki dövlət üçün deyil, müsəlman və pravoslav dünyası üçün də önəmli hadisə olacaq. Bunun belə olmamasını istəyən qüvvələr həm Türkiyə, həm də Rusiyanın içində var. Belə qüvvələrdən Qərb əsrlərdir istifadə edərək, Türkiyə ilə Rusiyanı bir-birinə vuruşdurub. Amma artıq Türkiyədə də, Rusiyada da anlayırlar ki, Qərbin fitnəsinə uyub savaşmaq deyil, dostlaşmaq lazımdır. Rusiya qırıcısının vurulması, rusiyalı səfirin öldürülməsi həmin bu fitnələrin davamı idi. Amma bu dəfə Qərbin Türkiyə ilə Rusiyanın arasını vurmaq planı sona qədər alınmadı. Ərdoğanla Putin cəld tərpənərək, vəziyyəti düzəltdilər. Ərdoğan və Putin istəsə, bu iki dövlət uzunmüddətli səmimi münasibətlər qura bilər. Bu isə Azərbaycanın da xeyrinədir”.

Politoloq qeyd edib ki, son bir həftə ərzində Türkiyənin Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidanın ikinci dəfə Moskvaya səfər etməsi isə ABŞ başda olmaqla, Qərbin Rusiya və Türkiyənin üstünə getməsindən irəli gəlir:

“ABŞ nə qədər Türkiyə ilə Rusiyanın üstünə gedəcək, bu iki qonşu o qədər bir-birlərinə yaxınlaşacaq. Bu yaxınlaşma Rusiya ilə Türkiyə arasında böyük müttəfiqliyə çevrilə bilər. Bir həftə ərzində Türkiyənin müdafiə, xarici işlər nazirinin və dövlət müstəşarının Moskvaya səfəri ciddi xəbərlərdir. Bu danışıqlarda iki ölkə arasında daha operativ və genişmiqyaslı münasibətlərin qurulması nəzərdə tutulur, dəqiqləşdirilir”.

Politoloq vurğulayıb ki, Türkiyə ilə Rusiya bir yerdə olsa, Azərbaycan üçün tarixi şans yaranır:

“Ötən əsrin əvvəlində məhz Türkiyə ilə Rusiyanın yaxınlaşması səbəbindən Qarabağla Naxçıvan Göyçə, Dərələyəz və Zəngəzurun taleyini yaşamadı. Yüz ildən sonra növbəti Türkiyə-Rusiya yaxınlaşması Azərbaycan üçün işğal olunmuş Qarabağı qaytarmaq imkanlarını çoxaldacaq”.

Qeyd edək ki, son bir həftə ərzində Türkiyənin Müdafiə naziri Hulusi Akar və MİT sədri Hakan Fidan artıq ikinci dəfədir Moskvaya səfər edib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti