|
Millət vəkili Qənirə Paşayeva Tovuzun Qovlar şəhərində ali məktəblərə daxil olan gənclərlə görüşdə çağırış edib.
Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı təhsil sahəsində olan uğurların artmasının önəmindən danışıb.
Millət vəkili tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi, daha böyük vəzifələrinin hələ bundan sonra başladığını vurğulayıb.
Q.Paşayeva çıxışında respublikamızın Ermənistan tərəfindən haqsız və elan olunmamış müharibəyə cəlb olunduğunu, 1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşın, özəlliklə gələcəyin mütəxəssis və ziyalılarının daha məsuliyyətli və hazırlıqlı olmasının vacibliyinə diqqət çəkib.
Deputat görüşün sonunda tələbələrə hədiyyə və kitablar bağışlayıb.