ABŞ-ın Rusiyaya qarşı noyabrdan etibarən tətbiq edəcəyi yeni sanksiya dalğası neftin qiymətinin gətirdiyi üstünlükləri aşağı salmağa xidmət edəcək.

 

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Ekspert Rusiyaya qarşı yeni sanksiyaların həm maliyyə, həm də enerji sektorunu əhatə edəcəyini bildirib:

“Rusiya 2014-cü ildən bəri sanksiyalar rejimində yaşayır. Əvvəlcə çox bəsit olan sanksiyaların həcmi və əhatə etdiyi sahələr getdikcə daha da sərtləşdi. Bunun nəticəsində də Rusiya iqtisadiyyatında 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində böyük problemlər yaşandı. Ancaq dünya bazarında neftin qiymətinin yüksəlməsi bu sanksiyaların təsirini az da olsa, yumşaltmağa kömək etdi. ABŞ-ın Rusiyaya qarşı noyabrdan etibarən həyata keçirəcəyi yeni sanksiya dalğası neftin qiymətinin gətirdiyi üstünlükləri aşağı salmağa xidmət edəcək. Son zamanlar Rusiyanın aqressiv şəkildə dünya bazarından qızıl alması da məhz bu təhlükələri önləməyə xidmət edir. Yəni Rusiya beynəlxalq bank sistemi olan SWIFT-dən uzaqlaşdırılacağı təqdirdə ticarət dövriyyəsində qızıldan istifadə imkanlarına nail olmağa çalışır”.

İqtisadi qeyd edib ki, Rusiya ABŞ-ın tətbiq etdiyi sanksiyalara çox ciddi şəkildə hazırlaşır:

“Bu fonda Rusiya tərəfdən müəyyən güzəştlərin olması ehtimalı yüksəkdir. Rusiya iqtisadiyyatı və cəmiyyəti üçün uzun zaman belə sərt sanksiyaların altında yaşamaq çox çətindir. Bir müddət sonra Rusiyada həm sosial, həm də iqtisadi problemlərin daha da kəskinləşməsi ehtimalı çox yüksəkdir. Düşünürəm ki, Rusiya yaxın aylarda Suriya və Ukrayna məsələsində müəyyən güzəştlərə gedə bilər. Əsasən də Suriya məsələsində müəyyən uzlaşmanın tapılması mümkündür. Çünki ABŞ və Qərbin əsas istəklərindən biri İran qoşunlarının Suriyadan tamamilə çıxarılmasıdır. Rusiya bu məsələdə ABŞ-a kömək edə və İranın maraqlarının Suriyada azaldılması yönündə müəyyən addımlar ata bilər. Təbii ki, bu da bir güzəşt şəklində Qərbə təqdim edilə bilər”.

Qeyd edək ki, ABŞ-ın Solsberi insidenti ilə əlaqədar Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar bu gündən etibarən qüvvəyə minib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti