Acınohur düzündə təsərrüfat işləri aparan şirkət rəsmilərinin diqqətinə ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması tapşırılıb.

 

Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Acınohur ərazisində ceyranları təhlükəyə atan işlərin aparılması ilə bağlı başlatdıqları araşdırmaya cavab olaraq bildiriblər.

Nazirlikdən bildirilib ki, Qax Dövlət Təbiət Yasaqlığının yaxınlığında yerləşən Acınohur düzənliyinin bəzi ərazilərinin əkin məqsədləri üçün istifadə edilməsi və bunun nəticəsində ceyranların həyatına təhlükə yaranması barədə yayılan məlumatlar Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb:

“Acınohur ərazisi əsasən yarımsəhra bitkilərindən, şoranlaşmış səhra tipindən ibarətdir və kənd təsərrüfatına yararlı torpaq sahəsi kimi dövlət fonduna aiddir. Ərazi dövlət fondunun qış otlaq sahələri olmaqla uzun illərdir icarə əsasında heyvandarlıqla məşğul olan ayrı-ayrı təsərrüfatlara verilib.

Ölkə əhalisinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi məqsədilə hazırda ərazinin 7500 hektarının aqro-texniki və digər münbitləşdirmə tədbirləri aparmaq yolu ilə əkinə yararlı hala salınması üçün “Aqroinkişaf-2017” MMC-yə ayrıldığı müəyyən edilib.

Aqrar fəaliyyət həyata keçirilən zaman Acınohur düzünün qonşu ərazilərində məskunlaşan ceyran populyasiyasının mühafizəsi, yaşama aspektlərinin nəzərə alınması və təsərrüfat işləri aparılarkən ceyranların yaşam şəraitinə təsir göstərən amillərə ciddi riayət olunması şirkət rəsmilərinin diqqətinə çatdırılıb”.

Nazirlikdən bildirilib ki, ərazidə iş aparan şirkət Acınohur gölünün cənub hissəsində ceyranların yem bazası üçün zəruri olan 2000 hektaradək ərazidə bütün fəaliyyətlərin dayandırılacağını bildirib:

“Kənd təsərrüfatı işlərinin sivil təşkili yolu ilə Nazirliklə birgə ərazidə ekoloji layihələrin həyata keçirilməsi, o cümlədən ceyranların yaşam vəziyyətinin daha da yaxşılaşdırılması üçün su probleminin həlli, yem bazasının yaxşılaşdırılması istiqamətində əməkdaşlıq edilməsi qərara alınıb.

Eyni zamanda, Acınohur gölünün cənubunun və Mingəçevir su anbarının şimal hissəsi ilə həmsərhəd olan ərazilərdə ceyranların yem bazasınıın azalması, sürüləri qoruyan itlərin ceyranlara birbaşa təhlükə yaratması səbəbindən gələcəkdə bu torpaq sahələrinin heyvandarlıq məqsədilə fermerlərə verilməsinin məhdudlaşdırılması, istifadəyə nəzarətin gücləndirilməsi ETSN tərəfindən Qax və Samux rayon rəsmilərinə tövsiyə olunub”.

 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti