Son illərdə ölkəmizə gələn müxtəlif səlahiyətli qonaqlar və turistlər şahidi olduqları reallıqlarla bağlı təəssüratlarını bölüşərkən ilk növbədə Azərbaycanda, xüsusən də Bakıda gedən genişmiqyaslı tikinti quruculuq işlərini qeyd edir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən biri adlandırırlar. Əgər nəzərə alsaq ki, qonaqlar dünyanın əksər paytaxtlarında olurlar, onda paytaxtımız haqqında söylənilən bu fikirlər həqiqəti tam əks etdirir. Paytaxt infrastrukturunun bərpası, yenilənməsi, küçə və meydanların estetik cəhətdən yenilənməsi ilə məşğul olan insanlara isə biz minnətdarlığımızı bildirməliyik. Bu baxımdan əhalinin və nəqliyyatın gündəlik istifadə etdiyi kommunikasiya qurğularının xüsusi diqqət və qayğı tələb edərək işlək vəziyyətdə saxlanılması da çox vacibdir. Tam əminliklə demək olar ki, əgər bu həyat əhəmiyyətli obyektlər bir gün belə işləməsə Bakıda həyat iflic ola bilər.
Bütün bu məsuliyyətli işlərin icrası isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC kollektivinin (direktor cənab Eldar Məmmədov) üzərinə düşür. Qeyd edək ki, kollektivin xidmət etdiyi sahədə 63 yeraltı, 11 ədəd yerüstü piyada keçidləri, 25 ədəd nəqliyyat tunelləri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Buzovna- Bilgəh avtomobil yolunda yerləşən nasos stansiyaları, o cümlədən 164 ədəd eskalator, 31 ədəd əlil arabası, 246 ədəd müxtəlif markalı nasos qurğusu və 21 ədəd generator vardır ki, onlar da gündəlik diqqıt və qayğı tələb edir.


Kollektivin işi çoxşaxəlidir və 2018-ci ilin yanvar-iyul aylarında müxtəlif obyektlərdə fibrobetonlar yeniləri ilə əvəz olunmuş, sıradan çıxmış işıq lampaları, plafonlar, projektorlar, istiqamətverici panellər, drenaj nasosları yeniləri ilə əvəz olunmuş, həmçinin, qrafikə uyğun olaraq, yeraltı və yerüstü piyada keçidləri, nəqliyyat tunelləri təmizlənmiş və zərurət yarandıqda yüksək təzyiqli su aparatları vasitəsi ilə yuyulmuşdur. Bu dövrdə görülən işlərin həcmi çox böyük coğrafiyası da genişdir.

Bu baxımdan, oxucularda görülən işlər haqında daha geniş təəssürat yaratmaq üçün təkcə 2018-ci ilin 7 ayında MMC tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilmiş təmir-bərpa işlərinin bəzilərini təqdim edirik:


28 May küçəsi Nizami kinoteatrının və Kukla teatrının qarşısında, Azneft meydanında, Bülbül prospekti ilə Zərifə Əliyeva küçələrinin kəsişməsində, Şəfa stadionunun qarşısında, Füzuli meydanında, Q. Qarayev prospektində, Dövlət Bayraq Meydanı, Azneft meydanında, Babək prospektində, Beynəlxalq Hava Limanı istiqamətində Koroğlu meydanı ilə Sabunçu dairəsi arasındakı 1490 metr məsafədə, İncəsənət Universitetinin qarşısında, Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində, Fövqaladə Hallar Nazirliyinin müvafiq göstərişlərində qeyd olunan tələblər əsasında Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində və digər çoxsaylı obyektlərdə mühüm təmir- bərpa işləri həyata keçirilmişdir.

Qeyd edək ki, kollektivin gördüyü işlər müxtəlif istiqamətli olduğu kimi, onların reallaşması bir çox hallarda qeyri-standart mühəndis-texniki yanaşmalar da tələb edir ki, direktor Eldar Məmmədovun ümumi rəhbərliyi, baş mühəndis Əhliyar Haqverdiyevin, sahə rəisləri Məhəmməd Xalacov, Bəhruz Darçınovun bilavasitə iştirakı ilə kollektiv tərəfindən yüksək səviyyədə reallaşdırılır. Burada fəaliyyət göstərən yüksək ixtisaslı ustalardan eskalator üzrə usta Qabil Əliyev, mexanik Emil Əliyev işə yüksək

məsuliyyəti və peşəkarlığı ilə seçilərək kollektivə nümunədir.

MMC-nin fədakar əməyi həmçinin Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev cənablarının Sərancamları ilə bir çox əməkdaşlar müxtəlif təltiflərə layiq görülmüşlər.Lakin kollektiv gördüyü işlərlə kifayətlənmir və daha yüksək nəticələr əldə etmək əzmindədir. Məsələn, hazırda yay fəsli olsa da, burada payız-qış mövsümünə hazırlıq işləri gedir.

Təbii ki, şəhər əhalisi onların rahatlığını və təhlükəsizliyini təmin edən bu insanlara minnətdardır. Elə bu sətirlərin müəllifi də komsomol dairəsi adlanan yerdə yerüstü piyada keçiddən hər gün keçərək işə tələsən zaman bu komfortu yararlanır.

Sonda məqalə Qurban bayramı ərəfəsində yazıldığına görə “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin kollektivini başda direktor cənab Eldar Məmmədov olmaqla, təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi naminə onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Tahir Heydərov

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti