|
Millət vəkili Qənirə Paşayeva yeni dərs ili öncəsi Tovuzun Qovlar şəhərində məktəb direktorları ilə görüşüb.
Axar.az xəbər verir ki, direktorlarla geniş fikir mübadiləsi aparan millət vəkili hər bir insanın gələcəyində onun təhsilinin olmasının böyük önəm daşıdığını bildirib.
O bildirib ki, uşaqlar oxumağa və bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar:
“Bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür. Ölkəmizin daha da inkişafı üçün gənclərin elmə meyilli olması əsas şərtdir. Xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Gənclər arasında mütaliəyə meyilliliyin artması üçün birlikdə daha çox çalışmalıyıq”.
Millət vəkili Qovlar şəhərində Gənclər Evində şəhərin fəal gəncləri ilə də görüşüb, onların qayğıları ilə maraqlanıb. O, xüsusilə, gəncləri xarici dillərlə maraqlanmağa çağırıb.
Millət vəkili həmçinin şəhər sakinlərini, fiziki imkanları məhdud olan insanları və xəstələri ziyarət edib, onları narahat edən problemlərin həllinə köməklik göstərilməsinə çalışacağını bildirib.