Son vaxtlar paytaxtda satılan çörəklərin tərkibi ilə bağlı redaksiyaya daxil olan şikayətlərin sayı artıb. Vətəndaşlar xüsusilə çörəyin böyüklüyündən, bu səbəbdən də içinin xəmir olmasından şikayətçidir.

 

Bərəkətin dadından ləzzət ala bilməyən vətəndaşlar problemi çörək sexlərinə, zavodlara nəzarət edilməməsində görürlər.

Problemlə əlaqədar Axar.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, son zamanlar onlara da çörəklə bağlı daxil olan şikayətlər artıb.

E.Hüseynov bildirib ki, bu ilin iyulun 1-dən etibarən çörəklə bağlı standartlar məcburi hesab olunmur:

“Yəni kim necə istəsə, çörəyi o formada hazırlayıb bazara çıxara bilər. Qiymətlərə də heç kimin müdaxilə etmək hüququ yoxdur.

Üzü qırmızı qaysaq bağlayan zavod çörəklərində adətən şəkərin miqdarı çox olur. Belə çörəklər insanların sağlamlığı üçün zərərlidir. Qətiyyən məsləhət deyil, xüsusilə uşaqlara.

Çörəklərlə bağlı xüsusi bir monitorinq aparılmır. Yalnız daxil olan şikayətlər araşdırılır. Hazırda ölkədə çörəklərlə bağlı problemlər var”.

E.Hüseynov bildirib ki, bu gün Azərbaycanda çörəkbişirmə bazarın ən liberallaşmış biznesidir. Kim harda istəsə, çörək istehsal edə bilər:

“Bəzən çörək istehsalında tərkibində ağır metallar olan, yodlaşdırılmayan duzlardan istifadə olunur.

Çörəklə bağlı şikayətlər daha çox iki formada olur: çörəyin tez bir zamanda xarab olması və içərisinin yapışqan olması. Bu o deməkdir ki, çörəyin tərkibindəki unda və ya bişirildiyi avadanlıqda problem var. Bəzi çörək sexlərində çörəyin bişirildiyi avadanlıq bakteriyalarla zənginləşdiyi üçün çörəkdə kartof xəstəliyi əmələ gəlir. Belə şərtlərdə çörək istehsalı dayandırılmalı, avadanlıqlar yuyulub-təmizlənməlidir”.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məsələ ilə bağlı açıqlamasında bildirib ki, agentliyə daxil olan şikayətlərin araşdırılması üçün xüsusi təftiş şöbəsi var:

“Vətəndaşın aldığı çörəklə bağlı şikayəti varsa, agentliyin “Qaynar xətti”nə müraciət edə bilər. Çörəyi aldığı yer, çörəyin hansı şirkətə məxsus olduğunu bildirdiyi təqdirdə şikayət araşdırılır”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti