Bu gün Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin doğum günüdür.

 

Kult.az xəbər verir ki, Çingiz Fuad oğlu Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Axtyubinsk rayonunun Kapustin-Yar qəsəbəsində anadan olub. O, Cəmşid Naxçıvanski adına hərbi liseydə 10-cu sinfə qədər təhsil alıb. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirərək, Azərbaycan Tibb Universitetində təhsilini davam etdirib.

Azərbaycanda ilk disko-klubun yaradıcısı olub, ölkənin “di-ceyi” (DJ) kimi tanınıb. 1990-cı illərdə Azərbaycan televiziyasında “İmpromptu”, “Cümə axşamı” verilişlərinin, “Gənclik” estrada tamaşasının və “Ozan” rok qrupunun yaradıcısı olub.

1990-cı il 20 Yanvar hadisələri zamanı Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edib. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqqında xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar hazırlayıb.

Çingiz Mustafayevin ölümündən sonra Azərbaycan Respublikasının sabiq prezidenti Əbülfəz Elçibəy 6 noyabr 1992-ci ildə 3 jurnalistə - Mustafayev Çingiz Fuad oğlu, Mustafayev Alı Mustafa oğlu və Əsgərova Salatın Əziz qızı - Qarabağın dağlıq hissəsində baş verən hadisələrin respublika və dünya ictimaiyyətinə çatdırılmasında xüsusi xidmətlərinə, xidməti borcunu yerinə yetirərkən igidlik və şücaət göstərdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı adı verib.

“215-KL” studiyasının direktoru Nicat Əliyev studiya ilə bağlı xatirələrini bölüşərkən ad seçimində Çingiz Mustafayevin ideyasının əsas rolu olduğunu bildirib:

“Çingiz çox obyektiv oğlan idi. Qəribəliklər var idi onda. Hər şeydə bizdən seçilirdi. İstər geyimində, istər danışığında, hərəkətlərində. Biz öyrənmişdik rəhbərlik altında işləməyə, necə deyərlər, çərçivədən çıxmamağa. Çingizdə isə bunlar yox idi. O, azad idi, azadlığı, sərbəstliyi sevirdi. Ona elə gəlirdi ki, bir şeyi istədiyi cür çəkib efirə verə bilər. Bacarıqlı və zirək oğlan idi. Qaynar nöqtələrə getməkdən heç vaxt çəkinmirdi.

Bir gün Çingizlə “Moskva” mehmanxanasının kafesində çay içirdik. Birdən Çingiz belə bir fikir irəli sürdü ki, studiyanın yaranması haqqında verilən əmrin nömrəsi necə olsa, bu rəqəmi də ad kimi qəbul eləyək. Beləliklə, əmrin nömrəsi oldu 215. Əmr rusca verildi. KL- “kadrovıy listok” sözlərinin baş hərfləridir. Studiyamız oldu “215 kl”. Bu, Çingizin ideyası idi”.

Qeyd edək ki, Çingiz Mustafayev 1992-ci il iyunun 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həyatını itirib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti