“Bu niyyətdə olanlar dövlətçiliyimiz üçün ən böyük təhlükədir”

 

Zaman-zaman xarici güclər tərəfindən Azərbaycanda daxili gərginlik, qarşıdurmalar yaratmaq üçün cəhdlər edilib. Son illərdə belə cəhdlərin bir qədər səngidiyinin şahidi oluruq. Bu da birbaşa Azərbaycan hökumətinin ölkədə sabitliyi qorumaq üçün apardığı fəaliyyətlə bağlıdır.

Bütün bunlara baxmayaraq, Gəncədəki son olaylardan sonra ölkəmiz üçün xarici təhdidlərin hələ də qaldığı yönündə fikirlər səslənməkdədir. Azərbaycanda daxili sabitliyin olmasını istəməyən beynəlxalq güclərin pusquda olduqları  vurğulanır. Bunun qarşısını almaq üçün ölkə iqtidarının daim hazırlıqlı vəziyyətdə olmasının vacibliyi önə çəkilir.

Eyni zamanda, indiyə qədər İsmayıllı və  Quba kimi rayonlarda icra başçılarının yarıtmaz fəaliyyətləri nəticəsində baş verən iğtişaşlar da yada salınır.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, dünyanın güc mərkəzləri Azərbaycanla bağlı fəaliyyətlərini dayandırmayacaqlar: “Cənubi Qafqazda böyük iqtisadi əhəmiyyət daşıyan Azərbaycanda öz maraqlarını təmin etmək üçün dünyanın güc mərkəzləri fəaliyyətlərini dayandırmayacaqlar. Ən müxtəlif şəkildə, fərqli yollarla ölkəmizə qarşı təhdidlər, təzyiqlər davam etdiriləcək. Lakin əhəmiyyətli olan odur ki, biz bu cür təzyiqlərin qarşısında duruş gətirmək gücünə malikik. Ölkə prezidentinin həyata keçirmiş olduğu daxili və xarici siyasət, eləcə də, xalqımızla dövlət başçısının sıx vəhdəti, ölkəmizdə vətəndaş cəmiyyətinin mövcudluğu, dünyada Liviya, Suriya, Yəmən kimi yerlərdə baş verən xoşagəlməz qanlı hadisələrdən çıxarılan nəticə xalqımızı dövlətçiliyə daha sıx şəkildə bağlayır. Bütün bunlar bu cür təzyiq, təhdidlərin ciddi nəticələr verəcəyinə şərait yaratmır. Bu heç şübhəsiz ki, ölkə başçısının xalqımız, dövlətimiz qarşısında birbaşa müstəsna xidmətləridir. Bu xidmətlərə ciddi şəkildə töhfə verən Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevadır”.

Deputat yarıtmaz fəaliyyətlə məşğul olan məmurları sərt tənqid etdi: “Hakim komandada yer alanlar ona tapşırılan işin bu və ya digər şəkildə yerinə yetirilməsi ilə kifayətlənməli deyil. Onların da hər biri öz səviyyəsində Azərbaycan dövlətçiliyinə töhfələr verməlidir. Ölkə başçısının son təyinatları, yəni bir neçə ay öncə bir sıra nazirliklərə yeni, cəmiyyətdə kifayət qədər nüfuzu, hörməti və təmizliyi ilə fərqlənən insanların gətirilməsi, rayonların icra hakimiyyətlərində olan dəyişikliklər, həmin dəyişikliklərlə müsbət imici olan insanların vəzifələrə təyinat almaları, yerdəyişmələr aparılması sübut edir ki, ölkə prezidenti artıq öz komandasının saflaşdırılması uğrunda ciddi bir mərhələyə qədəm qoydu. Məncə bu proses davam edəcək. Yaxın zaman kəsiyində etimadı itirən, ambisiyaları aşıb-daşan, xalqa, dövlətə sədaqətlə, bütün varlığı, şüuru, imkanları ilə xidmət etməyən məmurlar vəzifədən uzaqlaşdırılacaqlar. Mənə elə gəlir ki, bu kifayət deyil. O insanlar ki, cinayətlərə yol verib, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Harada cinayət varsa, orada cəza olmalıdır. Hər kəs bundan heç şübhəsiz ki, nəticələr çıxarmalıdır. Digər bir vacib məqamı da demək istərdim ki, məmurlar, xüsusi olaraq icra strukturlarında təmsil olunan yüksək səviyyəli vəzifə sahibləri, icra başçıları hər şeyi dərk etməlidir, bu onların borcudur. Bir şeyi də unutmamalıdırlar ki, fəaliyyətləri ilə xalqla dövlət arasında ya möhkəm birliyin yaradılmasında mühüm rol oynayırlar, bunu təmin etməyə töhfələr verirlər, ya da dövlətlə xalq arasında uçurum yaradırlar. Bu niyyətdə olanların, düşünərək və ya düşünməyərəkdən bunu edənlərin hakimiyyətdə qalmaları Azərbaycan dövlətçiliyi üçün ən böyük təhlükədir. Ona görə də, tamamilə əminəm ki, ölkə prezidentinin bu ilin aprelindəki prezident seçkilərindən sonra başlamış olduğu kadr islahatları bundan sonra da davam edəcək, hakimiyyətin ən yüksək vəzifələrinə vətəninə, dövlətinə sədaqətli, xalqının problemlərini həll etməyi özlərinin şərəfli vəzifəsi sayanlar təyinat alacaqlar. Dövlətinə, millətinə xidmət etməkdən qürur duyan vətəndaşlarımıza yəqin ki, ölkə rəhbəri tərəfindən etimad göstəriləcək. Yaxın zaman kəsiyində biz bunların şahidi olacağıq”.

Partiya sədri onu da qeyd etdi ki, xarici qüvvələr hər zaman pusquda dayanıblar: “Bizi istəməyən dövlətlər Azərbaycanı ciddi şəkildə izləyir, burada gedən prosesləri dərindən təhlil edir, zəif nöqtələrimizi tapmağa çalışırlar. Bu təhlillərdə, araşdırmalarda onlar zəif nöqtələri müəyyən edib, rəfə qoyurlar. Zamanı gələndə isə onu rəfdən götürərək hərəkətə keçirlər. Çalışırlar ki, Azərbaycanda qarşılıq yaratsınlar, ölkəmizdə vətəndaş müharibəsi baş versin, dövlətlə xalqın möhkəm birliyinə zərbələr vurulsun. Beləliklə, Azərbaycan çox fəlakətli duruma düşsün, onun təbii sərvətlərini daşıyıb aparsınlar, Azərbaycanın geopolitik imkanlarından öz məqsədləri üçün istifadə etsinlər. Biz bunlara imkan verməli deyilik. Məmurlar bunları hökmən nəzərə almalıdırlar. Elə etməlidirlər ki, idarəçiliyimizdə zəif nöqtələrimiz olmasın. Hər bir məmur xalqına sədaqətlə xidmət etməli, dövlətinə sədaqətli olmalıdır. Bu hər bir məmurun şərəf, qürur məsələsidir. Əminəm ki, ölkə prezidentinin dəyişikliklər aparması ilə biz həmin keyfiyyətləri, dəyərləri özündə ehtiva edən məmurların vəzifələrə gəlmələrinin şahidi olacağıq”.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti