Azərbaycan Prezidentinin müvafiq tapşırığına uyğun olaraq, ölkədə aparılan kadr islahatlarını yüksək qiymətləndirirəm.

 

Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Prezident İlham Əliyevin sərəncamına əsasən ölkədə aparılan kadr islahatları ilə bağlı Axar.az-a danışarkən deyib. Millət vəkili kadr islahatlarının davamlı olmasını dəstəkləyib:

“Prezident iki gün öncə bir neçə rayonun icra başçısının dəyişdirilməsi ilə bağlı çox mühüm sərəncam imzaladı. Hesab edirəm ki, prezidentin həyata keçirdiyi kadr siyasəti davamlı olacaq. Əlbəttə, icra başçılarının vəzifədən azad edilməsi və təyinatı birbaşa cənab Prezidentin səlahiyyətindədir. Hesab edirəm ki, vəzifəsinin öhdəsindən gələ bilməyən və Prezidentin onların qarşısında qoyduğu tələbləri icra etmək imkanı olmayan kadrlar əvəzlənəcək”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə Musavat.com-a açıqlamasında deyib ki, ölkə prezidentinin həyata keçirmiş olduğu daxili və xarici siyasət, eləcə də, xalqımızla dövlət başçısının sıx vəhdəti, ölkəmizdə vətəndaş cəmiyyətinin mövcudluğu, dünyada Liviya, Suriya, Yəmən kimi yerlərdə baş verən xoşagəlməz qanlı hadisələrdən çıxarılan nəticə xalqımızı dövlətçiliyə daha sıx şəkildə bağlayır və geopolitik aləmdən gələn təzyiq və təhdidləri zərərsizləşdirir:

“Bu, şübhəsiz ki, ölkə başçısının xalqımız, dövlətimiz qarşısında birbaşa müstəsna xidmətləridir. Bu xidmətlərə ciddi şəkildə töhfə verən Heydər Əliyev Fondunun prezidenti, I vitse-prezident Mehriban Əliyevadır”.

Deputat bildirib ki, ölkə başçısının son təyinatları, yəni bir neçə ay öncə bir sıra nazirliklərə yeni, cəmiyyətdə kifayət qədər nüfuzu, hörməti və təmizliyi ilə fərqlənən insanların gətirilməsi, rayonların icra hakimiyyətlərində olan dəyişikliklər, həmin dəyişikliklərlə müsbət imici olan insanların vəzifələrə təyinat almaları, yerdəyişmələr aparılması sübut edir ki, ölkə Prezidenti artıq öz komandasının daha da saflaşdırılması prinsipini davam etdirir:

“Bu proses davam edəcək. Yaxın zaman kəsiyində etimadı itirən, ambisiyaları aşıb-daşan, xalqa, dövlətə sədaqətlə, bütün varlığı, şüuru, imkanları ilə xidmət etməyən məmurlar vəzifədən uzaqlaşdırılacaqlar”.

Fəzail Ağamalı qeyd edib ki, məmurlar xarici qüvvələrin ölkəmizə qarşı qurduqları planları nəzərə alaraq, idarəçilikdə zəif nöqtələrin olmamasına çalışmalıdırlar.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti