|
Sabahdan "Bakmil" stansiyasında tətbiq edilən məhdudiyyət müvəqqəti götürüləcək.
Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına giriş-çıxışa qoyulmuş məhdudiyyət (iş günləri ərzində saat 8:20-dən 17:00-a qədər) avqust ayının 31-dən müvəqqəti olaraq aradan qaldırılacaq.
Təmir işlərinin xarakteri nəzərə alınaraq, yenidənqurma-bərpa işləri dayandırılmadan məhdudiyyətin müəyyən müddətə götürülməsi imkanı yaranıb. Sərnişinlərin marağı və təhlükəsizliyinin təmin edilməsinin mümkünlüyü nəzərə alınaraq, stansiyanın fəaliyyəti adi qaydada təmin ediləcək.
Yaxın günlər ərzində sərnişinlər "Bakmil" stansiyasına və əksinə hərəkət edən qatarlardan, hərəkət qrafikinə uyğun olaraq, istifadə edə bilərlər.
Məhdudiyyət bərpa olunarkən, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.