Nikol Paşinyan hakimiyyətinin 100 günündə hələ də özünü legitim hiss etmir.

 

Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, bu, Ermənistan Respublikaçılar Partiyasının parlamentdə hələ də əksəriyyəti təşkil etməsi və koalisiya hökumətinin zəif olmasından irəli gəlir:

“Nəinki parlament, heç koalisiya hökumət üzvləri də Paşinyanın 1 saat sonra necə qərar verəcəyini təxmin edə bilmir və hələlik gözləmə mövqeyindədirlər. Daxili siyasətdə yaşanan bu qeyri-müəyyənlik xarici siyasətə də təsir edir. Paşinyan Ermənistanın ənənəvi müttəfiqi olan Rusiya ilə münasibətləri məsafəli saxlamağa çalışır. Bu, gec və yaxud tez, Rusiya tərəfindən adekvat cavabla nəticələnə bilər. Rusiyanın Ermənistana təzyiqi arta, ekonomik sahədə daha ciddi problemlər yarana bilər”.

Politoloq vurğulayıb ki, Ermənistanda son 27 ildə iqtidarda olan hökumətlər istisnasız olaraq korrupsiyaya bulaşıb:

“Paşinyan hökumətinin də bulaşmayacağına heç kim təminat verə bilməz. Amma Paşinyan hələ ki, populyarlığından istifadə edərək, keçmiş hökumətlə haqq-hesab çəkməyə çalışır. Görünən odur ki, respublikaçılar hələ dirəşə bilirlər”.

Politoloqun sözlərinə görə, Ermənistanda keçirilməsi düşünülən parlament seçkiləri ərəfəsi və sonrasında vəziyyətə kim nəzarət edəcəksə, seçkilərin qalibi də o olacaq:

“Ancaq hələlik nə Paşinyan hökumətinin, nə də respublikaçıların ölkədaxili vəziyyətə nəzarət etdiyini söyləmək mümkündür. Digər tərəfdən, hər hansı bir dövlət digər dövlətə nə qədər siyasi və iqtisadi yardım etsə də, heç bir ölkədə hökumətin daxili dəstəkçiləri olmadan hakimiyyətdə qalması mümkün deyil. Paşinyan üçün ən böyük məqsəd Avropa dövlətlərinin və ABŞ-ın dəstəyini almaqdır. Paşinyanın ABŞ səfərində hər hansı cəhdlə nəticə alması mümkün deyil. Çünki İrəvan hələ rəsmi siyasi kursunu müəyyən etməyib və Paşinyanın xarici siyasətdə hədəfi tam aydın deyil. Ona görə də ABŞ hökuməti Ermənistanın iqtisadi vəziyyətinə təsir edəcək və onu böhrandan çıxaracaq heç bir addım atmayacaq”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti