Azərbaycanda radikal dini təbliğatlara qarşı qanunvericilikdə göstərilən maddələr var.

Ölkədə dini radikal qruplara qarşı ideoloji sahədə mübarizənin gücləndirilməsində, dini xurafata qarşı təbliğatda medianın rolu da əvəzsizdir.

Bu sözləri Publika.az-a millət vəkili Fazil Mustafa ölkədə dini radikalizmin qarşının alınması istiqamətində aparılan tətbirlərdən danışarkən deyib. O bildirib ki, bu istiqamətdə qanunvericiliyə əlavə edilən yeni müddəalar radikalizmin məhdudlaşdırılmasında kifayət qədər önəmli rol oynayıb:

“Bu onu göstərir ki, dövlətimiz bu istiqamətdə olduqca həssas mövqe sərgiləyir. Xüsusi diqqət ayrılır. Son dövrlərdə bu istiqamətdə Dini Qurumlar üzrə Dövlət Komitəsi tərəfindən yüksək səviyyədə maarifləndirmə işləri aparılır. Ən azı tətbiq edilən təsiredici mexanizmlərin nəticəsidir ki, son vaxtlar hansısa bir ölkəyə kütləvi şəkildə radikal cinahdan axın müşahidə olunmur. İnsanların bir hissəsi artıq bu yalançı cihada, çağırışlara uyub hansısa ölkələrə getmirlər. Bəzi ölkələrdə təhsil alan və militant kimi yetişdirilən xeyli kontingent var ki, gələcəkdə ölkə üçün təhlükəli ola bilər. Məhz bunları nəzərə alaraq, intensiv şəkildə maarifləndirici tədbirlərin görülməsi bu məsələnin hər zaman diqqətdə saxlandığına işarədir. Ümumilikdə xüsusilə müəyyən dini mərasimlərin yerinə yetirilməsində radikal elementlərin sui-istifadə edilməsinə qarşı da tədbirlər görülür. Mətbuatda rəsmi dövlət qurumlarının bəyanatlarında da bu sezilir. Azərbaycanda bu kimi halların geniş vüsət almasına qətiyyən yol verilməməlidir, çünki bu artıq dini inanclarla bağlı məsələ deyil. Burada başqa ölkələrin Azərbaycana yönələn təxribatlarının vasitəçisi olmaqdan söhbət gedir ki, bu da öz-özlüyündə cəmiyyət üçün ciddi təhlükədir. Bu kimi qruplara qoşulan insanlar özləri də bilmədən çox çətin prosesə daxil olurlar”.

F.Mustafanın fikrincə, bu proseslər təəssüf olsun ki, din adı altında aparılır. Amma dinə qətiyyən aid olmayan istiqamətlərdə cərəyan edir:

"Dini radikalizm elementlərinə qarşı aparılan mübarizəni dayandırmaq olmaz”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti