Uşaqlarımızın sağlam böyüməsi, öz uşaqlıq həyatını yaşaması onların erkən təhsilə cəlb olunmasından daha vacibdir.

 

Bu sözləri Axar.az-a 6 yaşı tamam olmayan uşaqların məktəbə qəbul edilməsinin mənfi nəticələri haqqında danışan təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, valdeyinlər uşaqların yaş xüsusiyyətlərini nəzərə almadan informasiya ilə çox yükləyirlər:

“Bu dəqiqə hansı uşağa baxırsan, eynəkdə, fiziki cəhətdən cılız görkəmdədir. Dünya təhsilinə meydan oxuyan Finlandiyada və digər ölkələrdə məktəbə ancaq 7 yaşı tamam olanları götürürlər. Təklif edirəm ki, 6 yaşı tamam olsa belə, uşaqları fiziki və zehni yoxladıqdan sonra birinci sinif qəbul edək. Say çoxalsın deyə, gələcəkdə daha ciddi fəsadların yaranmsına imkan vermək olmaz”.

Ekspert onu da qeyd edib ki, bu dəyişikliyin tətbiqi ərazilər üzrə ciddi şəkildə şagird sıxlığı yaradacaq və siniflərin, müəllimlərin çatışmazlığı ilə müşahidə olunacaq.

Psixoloqlar isə 6 yaşı tamam olmayan uşaqların məktəbə getməsinin diqqət dağınıqlığına səbəb olacağını bildirərək, bunun uşaqların aktivliyinə və qavrama qabiliyyətinə mənfi təsir edəcəyini söyləyirlər. Onların sözlərinə görə, 7 yaşlı uşaqlarla müqayisədə yaş fərqinə görə zehni bilgilərin az olması onlarda özünü ifadə edə bilməmək və özgüvənin sarsılması ilə nəticələnə bilər.

Qeyd edək ki, “Təhsil haqqında" qanuna edilən dəyişikliyə görə, təqvim ili ərzində 6 yaşı tamam olmuş uşaqların məktəbə qəbulu həyata keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva isə bunun bəzi məktəblərdə cüzi sıxlıq yaradacağını bildirib.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti