Prezident İlham Əliyevin sentyabr ayının 1-də Rusiyaya reallaşdırdığı rəsmi səfər onu göstərir ki, Azərbaycan Rusiya ilə olan siyasi, hərbi, iqtisadi və digər sahələrdəki əməkdaşlığa böyük önəm verir.

 

Bu sözləri Axar.az-a açıqlamasında analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, səfər çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə yer verilməsi gözlənilən idi:

“Azərbaycan xarici siyasət kursunun əsas prioritet istiqaməti Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Ölkə başçımız xüsusilə, Rusiya və digər ölkələrə reallaşdırdığı səfərlər çərçivəsində ilk olaraq Dağlıq Qarabağ məsələsinə toxunub. Bu görüş zamanı da hər iki ölkə başçısı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair müzakirələrə yer verdilər. Xüsusilə, Rusiya dövlət başçısı Vladimir Putinin ölkəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində münaqişənin həllinə hərtərəfli kömək göstərəcəyi barədə fikirlər səsləndirməsi diqqətəlayiqdir. Rusiya dövlət başçısı Vladimir Putin də çox gözəl başa düşür ki, işğalçı ölkə olan Ermənistan bu münaqişənin həllinə dair konkret addımlar atmaq istəmir və status-kvonun qorunub saxlanılmasına çalışır. Həmçinin Putinin açıqlamasından bunu başa düşə bilərik ki, münaqişənin həllinə dair Rusiya tərəfi səylərini daha da artıracaq və böyük ehtimalla ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiyada münaqişənin həllinə dair tez-tez görüşlər keçiriləcək”.

Analitik vurğulayıb ki, İlham Əliyevin açıqlamaları Bakının hər zaman Rusiya ilə olan hərbi-texniki əməkdaşlığa önəm verdiyini göstərdi:

“Azərbaycan Prezidentini iki ölkə arasındakı hərbi-texniki əməkdaşlıq sahəsindəki əlaqələrə də toxunub. Yaxın gələcəkdə bu əməkdaşlıq daha da inkişaf etdiriləcəkdir. Xüsusilə, yeni texnikaların və silahların alınması bərədə iki ölkə arasında müəyyən razılıqlar əldə oluna bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putini ölkəmizə rəsmi səfərə dəvət etdi və ehtimal olunur ki, bu səfər çərçivəsində iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığa dair yeni anlaşmalara imza atıla bilər”.

Analitik qeyd edib ki, görüş zamanı iki ölkə arasındakı enerji sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra vacib sənədlər imzalandı:

“Rusiya və Azərbaycan “Qoşadaş” bloku və Xəzərin dibinin Azərbaycana aid hissəsində Abşeron yarımadasının şimalında neft və qaz potensialının öyrənilməsi ilə birgə məşğul olacaqlarına dair bəyanatla çıxış etdilər. Beləliklə, “Rosneft” və SOCAR arasında müqavilə imzalandı. Bu ondan xəbər verir ki, yeni imzalanmış Xəzərin hüquqi statusuna dair konvensiya çərçivəsində gələcəkdə Azərbaycan və Rusiya arasında genişmiqyaslı enerji layihələri həyata keçiriləcək”.

Analitikin sözlərinə görə, yaxın zamanlarda Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi və ticarət dövriyyəsinin artırılması istiqamətində vacib adımlar atılacaq:

“Xüsusilə, qarşılıqlı olaraq yeni investisiyaların yatarılması məsələsinin gündəmə gəlməsi ehtimalı yüksəkdir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Soçi şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti