Soçi görüşünün Azərbaycan və Rusiya üçün böyük səmərəsi var.

 

Bu sözləri Axar.az-a Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Azərbaycan-Rusiya münasibətləri bölgədə və Avrasiya məkanında çox vacib bir amilə çevrilib:

“Bu amilin kölgəsində, işığında böyük proseslər və iqtisadi layihələr öz həllini tapır. Burada ilk növbədə nəqliyyat, kommunikasiya və enerji layihələrinin vacibliyi diqqət çəkir. Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı bir neçə dövlət, hökumət və nazirliklərarası müqavilələrə imza atıldı. Bu onu göstərir ki, qarşılıqlı əməkdaşlıq yeni keyfiyyət mərhələsinə çıxır, eləcə də iki dövlət arasında çox böyük anlaşma şəraiti yaradır. Bu, tərəfdaşlıq baxımından təkcə Rusiya ilə Azərbaycan üçün yox, eyni zamanda, bölgə üçün də son dərəcə vacib bir dəyişiklik və cərəyandır. Əgər Bakı ilə Moskva arasında siyasi dialoq sabit şəkildə getməsəydi, belə bir dönüş baş verməzdi. Siyasi dialoqun həmahəng və dinamik şəkildə inkişaf etdirilməsi ondan xəbər verir ki, tərəflər təhlükəsizlik məsələlərinin həllində eyni mövqedən çıxış edirlər və xüsusilə də Dağlıq Qarabağ problemi çərçivəsində mövqelər yavaş-yavaş yaxınlaşır. Bu isə onu göstərir ki, Azərbaycan Qarabağ probleminin həllinə yaxınlaşıb”.

Politoloq bildirib ki, Rusiya tərəfi Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın dəyərini, qüdrətini, potensialını dərk edir, digər tərəfdən bölgədə stabil siyasət yeritməsini və təhlükəsizlik probleminə böyük töhfələr verməsini nəzərə alır:

“Nəhayət, Rusiya paralel olaraq Ermənistanın qeyri-konstruktiv, son dərəcə təhlükəli və dağıdıcı xətt yürütmək meyillərini də nəzərə alır. Rusiya ilə Ermənistanın strateji müttəfiq olmasına baxmayaraq, Bakı bu müstəvidə İrəvanı üstələyir. Rusiya anlayır ki, Azərbaycanın isti münasibəti, əməkdaşlıq istəyi və qlobal təhlükəsizliyə böyük imkanlar yaratması Ermənistanın yaydığı təhdidlərlə müqayisə oluna bilməz. Bu fonda hesab edirəm ki, iki dövlət arasındakı münasibətlər həqiqətən də böyük ümidlər yaradır. Zənnimcə, yaxın zamanda bu münasibətlərin yeni bir situasiya ilə bağlı yarada biləcəyi atmosferi müşahidə edə biləcəyik”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti