Soçi görüşünün nəticəsi olaraq imzalanmış ikitərəfli sazişlər və bu sazişlərin real işlək mexanizmlər vasitəsilə həyata keçirilməsi çox vacibdir.

 

Bu sözləri Axar.az-a Prezidenti İlham Əliyevin Rusiya səfəri və bu fonda iki ölkə arasında imzalanmış sazişlərlə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı Soçidə Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafı ilə bağlı fəaliyyət planı üzrə Yol Xəritəsinin Bakı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biri məhz Rusiyadır. Rusiya Azərbaycanın qeyri-neft sektorunun ixracatında önəmli yer tutur. Çünki kənd təsərrüfatı məhsullarımızın böyük bir qismi məhz Rusiyaya ixrac olunur. Bu baxımdan Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə fəaliyyət planı, iki ölkə arasında iqtisadi və sənaye sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında sazişləri xüsusilə qeyd etmək olar. Birincisi, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair “yol xəritələri” əmtəə dövriyyəsini daha da artırmağa imkan verəcək. İkincisi, ixrac zamanı sərhəddən sürətli keçidlə bağlı müəyyən problemlərin yaşanmasının qarşısı alınacaq. O üzdən Soçi görüşünün nəticəsi olaraq imzalanmış ikitərəfli sazişlər və bu sazişlərin real işlək mexanizmlər vasitəsilə həyata keçirilməsi çox vacibdir. Çünki doğurdan da Azərbaycan üçün Rusiya coğrafi olaraq ən yaxın, böyük və sərfəli bazarlardan biridir. Bu nöqteyi-nəzərdən Azərbaycan kənd təsərrüfatı məhsullarının heç bir problem yaşanmadan Rusiyaya ixracatının təmin edilməsində maraqlıdır”.

İqtisadçı bildirib ki, imzalanan sazişlər Azərbaycanın Rusiya bazarına çıxışı üçün olduqca vacibdir:

“Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirən ölkə kimi Rusiya ilə əlaqələrə, bu böyük bazara daha rahat çıxmağa maraqlıdır. Bu, Azərbaycanın aqrar sektoru üçün çox vacibdir. Azərbaycanın çoxşaxəli ixracat modelinə keçməsi vacibdir”.

Ekspert hesab edir ki, Soçi görüşünün nəticələrinə uyğun olaraq sürətli keçid və yaşıl koridor siyasəti ilə bağlı müəyyən addımlar atılacaq:

“Bu da Azərbaycan üçün olduqca sərfəlidir. Rusiya 145 milyon əhalisi olan böyük qonşu dövlətdir və Azərbaycanın imkanı var ki, aqrar sahədə kifayət qədər böyük paya sahib olsun. Çünki Rusiyanın kənd təsərrüfatı, aqrar sənaye və yeyinti məhsulları bazarının illik satış həcmi təqribən 60 milyard dollardır. Azərbaycan bunun 2-3 faizini belə götürsə, bu, təqribən 1.5 milyard dollara yaxın vəsait edir ki, bu da ölkəmizin aqrar sektoru üçün böyük bir stimuldur”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti