|
Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Stefano Palmieriyə və cənab Matteo Çiaççiyə təbrik məktubu göndərib.
Axar.az məktubun mətnini təqdim edir:
“Zati-aliləri,
San-Marinonun milli bayramı – Respublika Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.