İkitərəfli əlaqələr genişlənir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində "Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti Didier Pflegerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı barədə ətraflı məlumat verib.

Cavid Qurbanov bildirib ki, son vaxtlar dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində də mühüm addımlar atılır. Bu istiqamətdə “Azərbaycan Dəmir Yolları” QSC ilə Fransanın “Alstom Transportation S.A.” şirkəti arasında 12 may 2014-cü il tarixdə “ADY “QSC” ilə Alstom şirkəti arasında dəyişən cərəyanla işləyən 40 ədəd yük, 10 ədəd sərnişin lokomotivinin alınmasını ilə bağlı müqavilə imzalanıb. Artıq Fransanın Belfort şəhərində şirkətin “Azərbaycan Dəmir Yolları” QSC üçün istehsal etdiyi birinci Prima M4 sərnişin lokomotivinin və Qazaxıstanın "Astana" xüsusi iqtisadi zonasının ərazisində yerləşən EKZ zavodunda ilk yük lokomotivi olan Prima T8-in (AZ8A) - təqdimat mərasimi olub.

Bu günlərdə y iki sistemli sərnişin lokomotivinin dəmir yolunun Puta-Qaradağ mənzilində saatda 159 km sürətlə uğurlu sınaq yürüşü keçirilib. Bu, sürət dəmir yolunun tarixində bir ilkdir. Son nəticədə beynəlxalq standartlara uyğun sərnişin daşıma xidmətinin həyat keçirilməsi təmin ediləcək və sərnişinlər mənzil başına daha tez və təhlükəsiz şəraitdə çatacaq.

Görüşdə cari layihə planlamaları və “ADY” QSC-yə lokomotivlərin çatdırılması işləri, “Alstom” şirkəti tərəfindən qısamüddətli və uzunmüddətli strategiya əsasında texniki xidmət dəstəyi və Bakı-Böyük Kəsik istiqamətində işarəvermə layihəsinin tamamlanması məsələləri ətrafında müzakirələr aparılıb.

"Alstom” şirkətinin Yaxın Şərq və Afrika üzrə baş regional vitse-prezidenti Didier Pfleger çıxış edərək bildirib ki, Alstom şirkətinin Qərbi və Mərkəzi Asiya, Qafqaz, İran və İraq regionunun mərkəzi artıq Bakıya köçürülüb. Bu, Azərbaycanda apardığımız işləri gücləndirməyə və Azərbaycan Dəmir Yolları ilə bağlı olan layihələrimizə bundan sonra daha çox diqqət yönəltməyə kömək edəcək. Biz “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq əlaqələrinin genişlənməsindən məmnunuq.

Tədbirdə "Alstom” şirkətinin Qərbi və Mərkəzi Asiya Klasterinin idarəedici direktoru Bernard Peille və şirkətin Azərbaycan və Gürcüstan ölkələri üzrə idarəedici direktoru Elşən Zeynalov iştirak ediblər.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi qərara alınıb.

ADY Ekspress MMC / ADY Express LLC adlı şəxsin şəkli.
ADY Ekspress MMC / ADY Express LLC adlı şəxsin şəkli.
ADY Ekspress MMC / ADY Express LLC adlı şəxsin şəkli.
ADY Ekspress MMC / ADY Express LLC adlı şəxsin şəkli.
20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti