Mais Ağayev: “Yeni, komfortlu avtobuslar gətirilsin, bundan sonra Wi-Fi və bu kimi texnologiyaların tətbiqi aparılacaq”

 

Bir neçə il öncə paytaxt Bakıda yeni avtobuslarda pulsuz Wi-Fi avadanlıqlarının quraşdırılacağı və fasiləsiz internetlə təmin ediləcəyi barədə vədlər verilmişdi. Xüsusən də “Baku Bus” MMC şirkəti məlumat yayaraq bildirmişdi ki, şirkətə məxsus avtobuslar tam xəttə buraxıldıqdan sonra bu məsələ öz həllini tapacaq.

Beləliklə, təxminən 3 ildir ki, bu şirkətə məxsus avtobuslarda Wi-Fi xidmətinin olduğu göstərilsə də, internetə daxil olmaq mümkün deyil. Yalnız “Xaliq Faiqoğlu” şirkətinə məxsus 18, 61, 65 saylı marşrutlarda pulsuz Wi-Fi xidməti aktivdir. Lakin adıçəkilən marşrutlarda da bəzən sərnişinlər internet problemi yaşayır, sistemə daxil ola bilmirlər. Sərnişinlərin əksəriyyəti  ictimai nəqliyyatda gediş haqqının 30 qəpik olmasından sonra da bu cür xidmətin olmamasından gileylənir.

Bəs səbəb nədir, niyə ictimai nəqliyyatda pulsuz Wi-Fi xidmətinin aktiv olması gecikir? Sərnişinlərin Wi-Fi tələbi nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov “Yeni Müsavat”a danışıb: “Bəli, bu haqda çox vədlər verilib. Lakin ”İctimai nəqliyyatda mütləq şəkildə Wi-Fi olmadır" deyə hələ ki qanunvericiliyimizdə bir qərar yoxdur. Beləliklə, ictimai nəqliyyatın müasirləşdirilməsi yönündə atılmalı olan addımlardan biri də budur ki, bu məsələ qanunvericilikdə təsdiqlənsin. Belə bir qərar olmadığından bəzi avtobuslar yalnız digərlərindən fərqlənmək üçün Wi-Fi vədi verir. Sual verirsiz ki, bizdə sərnişinlər Wi-Fi tələb edə bilərmi? Bəli, yalnız qanunvericilikdə təsdiqləndikdən sonra sərnişinlər bu cür tələb irəli sürə bilər.

Ərşad Hüseynov ile ilgili görsel sonucu

Lakin qeyd edim ki, dünyanın bir çox ölkələrində nəqliyyatın bütün növlərində artıq bu məsələ həll olunub. Səhv etmirəmsə, həmin ölkələrin qanunvericiliyində də qeyd olunub ki, nəqliyyatda Wi-Fi olmalıdır.

Ümumiyyətlə isə həm paytaxt Bakıda, həm də ölkənin digər bütün bölgələrində ictimai nəqliyyatda çox böyük problemlər var. Hətta paytaxtda durum digər bölgələrdəki vəziyyətdən qismən yaxşıdır. Bizdə texnika problemi var. Bölgələrdə ictimai nəqliyyatda fəaliyyət göstərən avtobusların böyük əksəriyyəti istismar müddətini başa vurub, yararsızdır, tələbi ödəmək üçün məcburən xəttə çıxarılıb. Yəni bu cür böyük texniki problemlər qarşısında  Wi-Fi hələ kiçik bir məsələdir. İlk növbədə avtobuslar yenilənməli, müasirləşdirilməlidir. Müasir texnikanın özündə Wi-Fi quraşdırmaq, bu sistemdən istifadə etmək daha rahat olur".

Məsələyə aydınlıq gətirmək üçün “Baku Bus” MMC şirkətinin də mövqeyini öyrənməyə çalışsaq da, şirkətdən əməkdaşımıza bildirildi ki, bütün sualları Bakı Nəqliyyat Agentliyi cavablandırır.

Mais Ağayev ile ilgili görsel sonucu

Qurumun İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev qeyd etdi ki, paytaxta yeni, komfortlu avtobuslar gətirildikdən sonra məsələ tam həllini tapacaq:  “Qarşıda duran əsas məsələ Bakı şəhəri inzibati ərazisində marşrut xətlərinin, avtobusların müasir və komfortlu yenilənməsidir. Bu, ölkə rəhbəri tərəfindən agentlik qarşısında qoyulan əsas tapşırıqlardan biridir və bu yöndə bir çox işlər görülür. Bakı şəhərinə yeni, komfortlu avtobuslar gətirilsin, bundan sonra Wi-Fi və bu kimi texnologiyaların tətbiqi aparılacaq. Hazırda yalnız bir şirkətə məxsus marşrut xətlərində Wi-Fi sistemi var. Bu da bəzən daimi olmayıb, bir neçə gün işləyib, sonra fəaliyyəti dayandırılıb”.

Yuxarıda da qeyd etdiyimiz kimi, artıq dünyanın bir çox ölkələrində ictimai nəqliyyatda pulsuz Wi-Fi sistemi tam təmin olunub. Ümumiyyətlə, 2008-ci ildən başlayaraq pulsuz Wi-Fi zonalar bütün dünyada kütləvi şəkildə yayılmağa başlayıb. İnsanlar ictimai nəqliyyatda yüksək sürətli internet vasitəsilə bir neçə dəqiqəyə böyük faylları tamamilə yükləyə bilir, rahat şəkildə videozənglərlə danışa bilir, bir sözlə, nəqliyyatdan istifadə edərkən təqdim olunan müasir texnikadan həzz ala bilirlər. Maraqlıdır ki, simsiz şəbəkəyə girişdən təkcə avtobus sərnişinləri deyil, ictimai nəqliyyat yolları yaxınlığında olan insanlar da istifadə edə bilir. Beləliklə, avtobuslardakı internet şəbəkəsinə təkcə sərnişinlər deyil, kənardakı insanlar da qoşula bilir.

O cümlədən qonşu Gürcüstanda bu sahədə çox böyük addımlar atılıb. Burada “Tbilisi loves you” adlı Wi-Fi şəbəkəsi ilk öncə paytaxtın mərkəzi küçələrini, növbəti mərhələdə isə şəhəri, nəqliyyatı bütövlükdə pulsuz internetlə təchiz edib.

 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti