Bizdə 2017-ci ilin dekabr ayından “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun mövcuddur və tütün məmulatlarının istifadəsinə məhdudiyyətlər, digər məsələlər həmin qanunla tənzimlənir.

 

Təbii ki, 18 yaşına çatmamış şəxslərə siqaret və digər tütün məhsullarının satılması qanunla qadağandır. Amma siqaret almaq üçün şəxsiyyət vəsiqəsini vətəndaşın öz üzərində gəzdirməsi vacib deyil. Burada, sadəcə, məsuliyyət tütün məhsullarını satan satıcının üzərinə qoyulur.

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bəzi ölkələrdə, konkret olaraq Rusiyada qanunvericiliklə siqaret və digər tütün məhsullarının satışı zamanı müştərilərdən, istehlakçılardan şəxsiyyət vəsiqələrinin tələb edilməsinin nəzərdə tutulmasına, o cümlədən, siqaret qutularının üzərində tütün məhsullarının insan orqanizminə zərərinin daha kəskin şəkildə ifadə olunmasına və onların gələcəkdə Azərbaycanın müvafiq qanunlarında əks olunması ehtimalına münasibətini bildirərkən deyib.

 

M.Quliyev bildirib ki, əgər satıcının şəxsin həddi-büluğ yaşına çatmadığı haqqında şübhəsi varsa, o zaman şəxsiyyət vəsiqəsini tələb edə bilər:

“Yox, əgər şübhəsi yoxdursa və görürsə ki, yaşca böyük insandır, ondan şəxsiyyət vəsiqəsi tələb edilməsi istehlakçı hüquqlarının pozulması deməkdir”.

Komitə sədrinin müavininin sözlərinə görə, belə bir müddəa ölkə qanunvericiliyində nəzərdə tutulmayıb:

“Yalnız siqaret alan şəxsin yaşına görə şübhə olarsa, onda şəxsiyyət vəsiqəsi tələb edilə bilər. O ki qaldı tütün məhsullarının, konkret olaraq siqaret qutusunun üzərindəki yazılara və şəkillərə, bu barədə bizim qanunvericilikdə, xüsusilə 2001-ci ildə qəbul olunmuş “Tütün və tütün məmulatı haqqında” qanunda müəyyən müddəalar var.

Amma düşünürəm ki, həmin müddəalar köhnəlib və daha yeni, bu gün bütün dünyada istifadə olunan üsullardan yararlanmaq olar. Məsələn, bizdə siqaret qutusunun üstündə yazılır ki, “Siqaret çəkmək sizin sağlamlığınıza zərərlidir”.

Dünyanın bir çox ölkələrində isə siqaret qutusunun üzərində “siqaret öldürür”, “tütün öldürür”, “tütün zəhərlidir” və sair kimi daha kəskin ifadələr yazılır. Amma müxtəlif xəstəliklərin, ağciyərin xəstə formada şəklinin siqaret qutusunun üzərinə vurulması dünyada birmənalı qəbul olunmur. Yəni, istehlakçının da, siqaret çəkənin də öz hüquqları var, bunlar düşünülməlidir.

Ən yaxşı forma siqaret qutusunun üzərində heç bir reklamın olmamasıdır. Həmçinin, siqaret qutusunun ağ və ya boz rəngdə olması, üzərində iri hərflərlə siqaretin zərərli təsirləri haqqında yazının əksini tapmasıdır. Hər halda biz bunun üzərində düşünürük və parlamentin qarşıdan gələn payız sessiyasında Əmək və sosial siyasət komitəsində bu məsələlərə baxılacaq”.

Onu da qeyd etmək lazımdır ki, qanunla qadağan olunmasına baxmayaraq, hələ də orta məktəb binalarının yaxınlığında siqaret və digər tütün məmulatları satılır, məktəb yaşlı uşaqlar da onlardan alıb, istifadə edir.

Bu məsələyə toxunan M. Quliyev xatırladıb ki, qanunla bunlar qadağandır, yolverilməzdir.

Millət vəkilinin dediyinə görə, qanunun icrasına nəzarət məsələsi hələlik Cinayət və İnzibati Xətalar Məcəlləsində öz əksini tapmayıb.

“Mənim bildiyimə görə, bunun üzərində müvafiq qurumlarda iş gedir. Çünki qanunun qəbulu, ondan sonra qüvvəyə minməsi və digər məsələlər yaz sessiyasının sonuna düşdüyü üçün nəzarətlə bağlı məqamlara, çox güman ki, payız sessiyasında baxılacaq, Cinayət və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər ediləcək. Bu dəyişikliklərdən sonra müvafiq qurumlar artıq bu nəzarəti öz üzərlərinə götürəcəklər.

Konkret olaraq, fiziki şəxslərin qanunu pozmasına nəzarət polisə həvalə olunur, hüquqi şəxslərin qanunu pozmasına nəzarət isə Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarına həvalə edilir.

Artıq cərimələr sanksiyalaşdırıldıqdan və digər qanunpozmalara qarşı sanksiyalar müəyyənləşdikdən sonra qanun tam gücü ilə işə düşəcək”, - deyə M.Quliyev əlavə edib.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti