Aprel döyüşləri Ermənistanın çürük və laxlamış sütunlarını daha da sarsıtdı.

Aprel döyüşləri Sərkisyan rejiminə elə böyük zərbə oldu ki, onlar iki il ərzində bu zərbədən özünə gələ bilmədilər və əlbəttə, uzun illər yaratdıqları mif, - guya onların ordusu güclü ordudur, - darmadağın edildi. Biz bu mifi məhv etdik. Uzun illər ərzində təmas xəttində qurduqları “möhkəm istehkam”ı bir neçə gün ərzində darmadağın etdik və bu da Ermənistan cəmiyyətində böyük məyusluq yaratdı.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.

Prezident vurğulayıb ki, Ermənistanın başına gələn bu hadisələr labüd idi, məntiqli idi. Həm kriminal rejim tərəfindən aparılmış antimilli siyasət, həm Azərbaycanın apardığı inamlı siyasət, o cümlədən bizim inkişaf dinamikamız, bax, bunun əsas səbəbkarı oldu. Çünki Ermənistan əhalisi yaxşı bilir ki, Azərbaycan hansı yüksək zirvəyə qalxa bilibdir: ölkə daxilindəki sabitlik, inkişaf, beynəlxalq əlaqələr, iqtisadi inkişaf, ordu quruculuğu, sosial məsələlərin həlli. Bizim aramızda yerlə-göy qədər fərq var və bu, bir daha göstərdi ki, Ermənistanı bu ağır vəziyyətə salan onların işğalçı siyasətidir. Əgər işğal olmasaydı, Ermənistan da bizim təşəbbüsümüzlə icra edilən layihələrdə yer ala bilərdi. Onlar da başqa ölkələr kimi bizim imkanlarımızdan faydalana bilərdilər və əlbəttə ki, onların iqtisadi vəziyyəti bu gün yaxşı ola bilərdi. O kriminal, 20 il ərzində erməni xalqının qanını içən oğru rejimin siyasəti nəticəsində onlar bu vəziyyətə düşdülər. Ümid edirəm ki, Ermənistanın yeni hökuməti kriminal rejimin səhvlərini təkrarlamayacaq, münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutacaq və münaqişə tezliklə həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti