Rusiya Türkiyə-ABŞ münasibətlərinin gərginləşdiyindən istifadə edərək Türkiyənin İdlib məsələsində güzəştlərə getməsini istəyir.

 

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Rusiyanın məlum görüşdən əvvəl İdlibi bombalaması Türkiyəyə mesajdır:

“Türkiyəyə eyni vaxtda həm ABŞ, həm Rusiya ilə üz-üzə gəlmək çətin olacaq. Moskva da bunu bilərəkdən tərəfdaşı Ankaraya təzyiq etmək qərarına gəlib. Buna rəğmən Türkiyə Suriya ilə sərhəddə qoşun yığmaqdadır. İdlibdə Türkiyənin 12, Rusiyanın 10, İranın 7 hərbi məntəqəsi var. Türkiyə üçün İdlib vacib əhəmiyyət daşıyır. Rusiya və İranın Türkiyəyə təzyiqlərinə baxmayaraq, Türkiyə nə diplomatik masada, nə hərbi meydanda İdlibi asanlıqla verəcək”.

Politoloq vurğulayıb ki, İdlibə hücum ABŞ-ın maraqlarına da cavab vermir:

“İdlib alınsa, ələvilər kürd regionuna tam yaxınlaşacaq. Bu da gələcəkdə Suriyada ABŞ-İsrail və Rusiya-İran qarşıdurmasına gətirib çıxara bilər. Həmçinin İdlibdə yeni müharibə növbəti humanitar fəlakətə gətirib çıxaracaq. Bu da Türkiyədən əlavə, Avropa Birliyinin də mənafeyinə cavab vermir. Bu, bir millyon qaçqın deməkdir”.

Politoloqun sözlərinə görə, İdlib müharibəsi yeni kimyəvi hücum təhlükəsi anlamına gəlir:

“Yeni kimyəvi hücumlar isə Suriyada gərginliyin pik nöqtəyə gəlməsinə şərait yaradar: Türkiyə, ABŞ, Rusiya, İran və İsrail açıq müstəvidə bir-birinə güllə atmağa başlasa, bu hələ çox qan aparacaq. Əsəd Rusiya və İranın dəstəyi ilə İdlibi alıb müxalifətin son qalasını məhv etmək istəyir. Bununla da müharibəni böyük anlamda bitirmək niyyətindədir. Əslində isə İdlib qırğını Suriyada vətəndaş müharibəsinin daha da uzanmasına gətirib çıxara bilər”.

Politoloq qeyd edib ki, Türkiyə-Rusiya danışıqlarından çox şey asılı olacaq:

“Artıq İdlibdə rus bombaları altında uşaqlar ölür. İdlibə bombaların yağması davam etsə, Suriya müharibəsi yeni fazaya keçər. Bu cür ssenari isə Suriyanın bir dövlət kimi siyasi xəritədən silinməsinə gətirib çıxarar”.
Qeyd edək ki, Rusiya ilə bağlı İran-Türkiyə-Rusiya danışıqları 7 sentyabrda Tehranda keçiriləcək.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti