|
Yol-xeber.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov ölkəmizdə səfərdə olan Moskva merinin nəqliyyat və yol-nəqliyyat infrastrukturu məsələləri üzrə müavini Maksim Liksutovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə yol infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, həmçinin bu sahədə gələcək inkişaf perspektivləri müzakirə olunub.