Yol-xeber.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də  Belarusun Azərbaycandakı səfiri Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. 

       “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov   Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad etməsindən sonra aparılan genişmiqyaslı işlərdən danışıb, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin uğurlu təşviqinə geniş imkanlar açıldığını vurğulayıb. Qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətli olan beynəlxalq marşrutların inkişaf etdirilməsində ölkəmizin təşəbbüskarlığı, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə “Stadler Minsk” və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətləri  arasında əməkdaşlıq məsələləri əsas müzakirə mövzularından olub. Qeyd edilib ki,  ölkələrimiz nəqliyyat, o cümlədən dəmir yolu sahəsində ikitərəfli və çoxtərəfli şəkildə əlaqələri inkişaf etdirir. Cavid Qurbanov bildirib ki, "Azərbaycan Dəmir Yolları" QSC 2015-ci ildən Belarusun aparıcı sənaye müəssisəsi və “Stadler” beynəlxalq konserninin  bir hissəsi olan “Stadler MİNSK” QSC ilə əməkdaşlığa başlayıb. Şirkətlə 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, 10 ədəd  FLİRT markalı  sərnişin qatarının alınması nəzərdə tutulur. Bunlardan 4 ədədi dizel, 6 ədədi isə elektrik qatarlarıdır.

Həmçinin bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi  sahəsində daşınan yüklərin həcminin  artırılması məqsədi ilə 20, 40 və 45 futluq konteynerlərə, taxıl və taxıl məhsullarına, günəbaxan yağına, taxta yükünə, neft məhsullarına və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Astara ərazisindən daşınan bütün növ tranzit və ixrac yüklərinə güzəştli tariflər tətbiq edilib.  MDB-yə üzv ölkələrin dəmiryol administrasiyaları tərəfindən 1993-cü il 17 fevral tarixində qəbul edilən Tarif Razılaşmasına əsasən, hər il keçirilən Tarif Konfranslarında Azərbaycan və Belarus nümayəndələri növbəti fraxt ili üçün qüvvədə olacaq tariflər barədə müzakirələr aparırlar. 

Səfir Andrey Ravkov da öz növbəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi nailiyyətlərə toxunub. O, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatların qətnamələrini özü icra edərək  44 günlük Vətən Müharibəsində ərazi bütövlüyünün bərpasına nail oldu. Diplomat işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı və sürətli bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyini, həmin bölgələrdə nəqliyyat infrastrukturunun inkişafına dəstək göstərməyə hazır olduqlarını diqqətə çatdırıb.
Görüşdə dəmir yolu və nəqliyyat sektorunda qarşılıqlı əlaqələrin bundan sonrakı istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

 
11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti