Yol-xeber.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-də ölkəmizdə işgüzar səfərdə olan Almaniyanın nəqliyyat, logistika və tikinti sahələri üzrə aparıcı  şirkətlərinin  nümayəndə  heyətləri ilə görüş təşkil edilib. Görüşdə iki ölkə arasında yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanlar nəzərdən keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov Almaniyanın müxtəlif şirkətlərinin Azərbaycan dəmir yollarında layihələndirmə, təchizat və quraşdırma işlərində iştirak etdiyini bildirib. O qeyd edib ki, “Azərbaycan Dəmir Yolları” QSC ilə “Hamburger Hafen Logistik”in yüz faiz törəmə şirkəti olan  “Metrans” arasında əməkdaşlıq konteyner yüklərin Azərbaycandan tranzitlə keçməklə Avropadan Orta Asiyaya və Çinə, eləcə də əks istiqamətdə daşınması üzrə həyata keçirilə bilər. Belə ki, konteynerlər “Metrans” şirkəti tərəfindən Türkiyə limanlarına, oradan isə “ADY Konteyner” MMC tərəfindən Azərbaycan-Orta Asiya-Çin istiqamətində daşına bilər.

Qeyd edək ki, 2020-ci ilin fevral ayında Slovakiyada “Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndə heyəti ilə “Metrans”ın icraçı direktoru və nümayəndələri  arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Alman - Azərbaycan Xarici Ticarət Palatasının İcraçı Direktoru Tobias Baumann rəhbərlik etdiyi qurumun Azərbaycanda xidmət sahəsində fəaliyyət göstərən şirkətlərlə əməkdaşlığın genişləndirilməsini dəstəklədiyini vurğulayıb. Almaniyanın İqtisadiyyat və Energetika Nazirliyinin dəstəyi ilə alman şirkətlərinin nümayəndə heyətlərinin Azərbaycanda işgüzar səfərdə olduqlarını qeyd edən qonaq, görüşün iki ölkə arasında dəmir yolu sahəsində    əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.

Vurğulanıb ki, səfərin məqsədi alman şirkətlərinin xidmətlərini, o cümlədən layihə və təkliflərini tanıtmaq, onlara Azərbaycan bazarında potensial portnyorlarla əməkdaşlıq imkanları yaratmaqdır. Nümayəndə heyətində təmsil olunan şirkətlərdən çoxu Almaniya dəmir yolları ilə uğurlu əməkdaşlıq edir.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan genişmiqyaslı quruculuq işləri, o cümlədən dəmir yolu layihələri barədə də danışılıb.

Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı ətraflı məlumat verərək dəmir yolu sahəsi üzrə müxtəlif layihələrdə iştirakla bağlı  təkliflərini səsləndiriblər.

Tərəflər  yük daşımaları, logistika və tikinti sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinə dair müzakirələr aparıb.

20 Noyabr 2024 ADY ilə UIC arasında “Dəmir yollarının iqlim öhdəliyi” sənədi imzalandı
20 Noyabr 2024 ADY sədri COP29 çərçivəsində dəmir yollarında etibarlı həllər mövzusunda panel müzakirələrində iştirak edib
19 Noyabr 2024 ADY ilə Beynəlxalq Dəmir Yolları İttifaqı arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub
19 Noyabr 2024 ADY və “Stadler Rail Group” arasında yeni anlaşma: dəmiryol sektorunda kadr hazırlığı üçün Təlim və İnkişaf Mərkəzi yaradılır
07 Noyabr 2024 Prezident İlham Əliyev Böyükşor-Pirşağı yeni avtomobil yolunun açılışında iştirak edib
07 Noyabr 2024 Daxili işlər naziri xidmətə qəbulla bağlı növbəti sıra baxişı keçirib
25 Oktyabr 2024 Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilıb VİDEO/FOTO
23 Oktyabr 2024 ADY-nin ilk “Dayanıqlılıq hesabatı”nın təqdimatı keçirilib
17 Oktyabr 2024 Daxili İşlər Nazirliyində Kollegıya iclası keçirilib
16 Oktyabr 2024 ADY İranda Şərqi Zəngəzur və Naxçıvanı birləşdirəcək dəmir yolu xəttinin inşasını müzakirə edib
13 Oktyabr 2024 Azərbaycan dəmiryolçularının peşə bayramı münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
12 Oktyabr 2024 Peşə bayramı ilə əlaqədar veteran dəmiryolçularla görüş
10 Oktyabr 2024 Nazir Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib
08 Oktyabr 2024 Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb FOTO
01 Oktyabr 2024 ADY sədri Bakı İqlim Fəaliyyəti Həftəsində dəmir yollarının ətraf mühitə qayğısından danışıb
27 Sentyabr 2024 AAYDA-nın rəhbərliyi və əməkdaşları Zəfər parkında olublar FOTO
27 Sentyabr 2024 ADY ailəsi olaraq Zəfər parkında oldular
25 Sentyabr 2024 ADY rəhbərliyi “InnoTrans” beynəlxalq sərgisində Orta Dəhlizin perspektivlərini müzakirə etdi
24 Sentyabr 2024 ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur
20 Sentyabr 2024 Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin qəbulu keçirilib VİDEO/FOTO

Xəbər lenti