12:53

Xanım Prezident, əvvəla icazə verin, dəvətə, mənə və nümayəndə heyətimə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha Sizə minnətdarlığımı bildirim.

Biz Sizin gözəl ölkənizdə özümüzü həqiqətən evimizdəki kimi hiss edirik. Mənim rəsmi səfərim başa çatır və mən səfərin nəticələrindən çox razı qaldığımı qeyd etmək istəyirəm.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 6-da Zaqrebdə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin adından verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib.

Prezident bu səfərin Azərbaycanla Xorvatiya arasında strateji tərəfdaşlıq münasibətlərini gücləndirəcəyinə əmin olduğunu deyib:

“Xanım Prezident, biz müntəzəm olaraq təmasdayıq. Hamımız iki il bundan əvvəl Azərbaycana rəsmi səfərinizi xatırlayırıq. Aramızda yaranan əlaqələr ikitərəfli münasibətlərin inkişafına kömək göstərir. Keçən il Münxendə beynəlxalq konfrans zamanı Sizinlə görüşmüşük və bu gün Xorvatiyaya rəsmi səfərim zamanı görüşürük. Bu, onu nümayiş etdirir ki, ölkələrimiz arasında çox fəal siyasi dialoq prosesi gedir. Münasibətlərin inkişafı üçün çox güclü potensial mövcuddur.

Bu gün biz enerji, nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, sənayenin inkişafı sahələrində genişmiqyaslı əməkdaşlıq məsələlərini müzakirə etdik. Eləcə də regional məsələləri müzakirə etdik. Müzakirə etdiyimiz bütün məsələlərdə bizim ümumi yanaşmamız var. Bu, çox vacibdir. Bu, bizi həqiqi strateji tərəfdaş edir. Azərbaycan regionumuzun, Avropanın enerji təhlükəsizliyi məsələlərində öz rolunu oynayır. Biz daha da fəal rol oynamağa davam edəcəyik və bu mənada Xorvatiya ilə əməkdaşlıq bizim üçün mühüm əhəmiyyət kəsb edir.

Azərbaycan qitələrarası dəmir yolu əlaqəsi layihəsinin də təşəbbüskarı olub və bu da artıq Avropadan Asiyaya və əks istiqamətdə daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxarır. Bütün bu layihələr konkret nəticələri olan layihələrdir və bu layihələr bizi birləşdirir”.

Avropa İttifaqı ilə münasibətlərimizdə bizə davamlı dəstək göstərdiyinə görə Xorvatiyaya minnətdarıq. Bu gün müzakirə etdiyimiz kimi, biz Avropa İttifaqı ilə yeni Sazişin tezliklə tamamlanmasına böyük ümidlər bəsləyirik və bu da bizim əməkdaşlığımızda çox mühüm mərhələ olacaq. Bu, bütün sahələri - Azərbaycanın siyasi, demokratik və iqtisadi inkişafını, enerji siyasətini, nəqliyyat, multikulturalizmlə bağlı olan sahələri əhatə edən hərtərəfli sənəddir. Bu, gələcəkdə Azərbaycan ilə Avropa arasında fəal əməkdaşlığı təmin edəcək mühüm bir sənəd olacaq.

Siz bizim NATO-nun “Qətiyyətli dəstək” missiyasına verdiyimiz töhfəni qeyd etdiniz. Biz lap əvvəldən Əfqanistandayıq, mən əsgərlərimizi nəzərdə tuturam. 2002-ci ildən bəri biz koalisiyaya qoşulmuş azsaylı ölkələrdən biriyik. Biz bu yaxınlarda Əfqanistandakı hərbi kontingentimizi 120 hərbiçiyə qədər artırmışıq. Bu da NATO-ya üzv olmayan ölkələr arasında ən yüksək göstəricilərdən biridir. Əlbəttə ki, biz koalisiya qüvvələrinə logistika, nəqliyyat dəstəyini, ərazimiz üzərindən uçuş imkanını təmin edirik və bizim töhfəmiz NATO və üzv ölkələr tərəfindən yüksək qiymətləndirilir.

Bizim mədəni əlaqələrimizin necə inkişaf etdirilməsi nöqteyi-nəzərindən yaxşı anlayışımız var və bu gün xüsusilə mədəni mübadiləyə aid sənədin imzalanması təbiidir. Azərbaycan dərin multikulturalizm, dinlərarası, sivilizasiyalarası dialoq ənənələri olan bir ölkədir. Bütün bunlar bizim üçün mühüm əhəmiyyət kəsb edir. Prezidentin Sərəncamı ilə 2016-ci il Azərbaycanda “Multikulturalizm İli” elan olunub. 2015-ci ildə biz birinci Avropa Oyunlarına ev sahibliyi etdik. 2017-ci ildə biz dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdik. Beləliklə, iki il müddətində biz əməkdaşlıq formatını müəyyən etmək üçün bir şəhərə Avropadan, İslam aləmindən atletləri və dostları dəvət etdik. Bu oyunlar sadəcə idman tədbiri deyildi. Onlar insanları birləşdirən çox mühüm beynəlxalq tədbirlər idi.

Əlbəttə ki, biz hamımız Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycana tarixi rəsmi səfərini xatırlayırıq. Onun Bakıdan çatdırdığı mesajlar həqiqətən də vacib idi. O, müxtəlif dinlərin nümayəndələri arasında daha çox anlaşmaya nail olmaq üçün bizim siyasətimizin vacibliyini vurğulamışdı. Beləliklə, Xorvatiya ilə müzakirə etdiyimiz və əvvəl qeyd etdiyim kimi, bütün məsələlərdə bizim ümumi anlaşmamız və yanaşmamız var. Bu, bizim tərəfdaşlığımızı daha da güclü edir.

Bu gün Sizin gözəl ölkənizi xoş ovqatla tərk edirəm. Mən həqiqətən özümü burada evdəki kimi hiss edirəm. Fürsətdən istifadə edərək əməkdaşlığımızı davam etdirmək üçün xanım Prezidenti bir daha Azərbaycana səfərə dəvət etmək istəyirəm”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti