Azərbaycan Prezidentinin Xorvatiyaya səfəri iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha ortaya qoydu.

 

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Xorvatiyaya səfərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, ölkəmizlə Xorvatiya arasındakı münasibətlərin yeni səviyyəsi Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasında önəmli rol oynayacaq:

“Xorvatiya Avropa Birliyi və NATO-nun əsas ölkələrindən biridir. Bu dövlət Avropanın mərkəzində yerləşir və sənaye baxımından da olduqca inkişaf edib. Bu, ikitərəfli əlaqələr üçün mühümdür. Azərbaycan Prezidentinin Xorvatiyaya səfəri iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha ortaya qoydu. Üstəlik, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç ölkəmizə olan rəğbətini gizlətmədi və ölkəsinin Azərbaycanı özünə bölgənin güclü iqtisadi potensialı olan ölkə kimi strateji tərəfdaş seçdiyini bəyan etdi. Zənnimcə, Xorvatiya ilə münasibətlərin yeni səviyyəsi nəinki Azərbaycanın Avropa Birliyi ilə yaxınlaşmasında önəmli rol oynayacaq, eləcə də NATO ilə əlaqələrə də müsbət təsir edəcək. Çünki Xorvatiya Avropa Birliyində, eləcə də NATO-da xüsusi çəkisi olan ölkələrdən biridir”.

Politoloq hesab edir ki, Xorvatiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinin bir daha təsdiq edilməsindən sonra bu ölkə Bakının AB və NATO-da lobbiçiliyini də edə biləcək:

“Xorvatiya Azərbaycanın ərazi bütövlüyü məsələsini NATO və Avropa Birliyində dəfələrlə dəstəkləyib. Bu o deməkdir ki, Xorvatiya bundan sonra ölkəmizin ərazi bütövlüyü, eləcə də Azərbaycanın Qərb oriyentasiyasına cəlb edilməsi məsələsini Avropa Birliyi və NATO-da daha cəsarətlə və uğurla dəstəkləyəcək”.

Q.Hüseynli Xorvatiyanın Azərbaycanda daimi səfirliyinin açılması məsələsinin də tezlikdə həllini tapacağını bildirib:

“Artıq münasibətlər o həddə çatıb ki, mütləq qarşılıqlı səfirliklər açılmalı, diplomatik missiya ortaya qoyulmalıdır. Ola bilsin ki, birinci olaraq Xorvatiyanın Azərbaycanda səfirliyi açıldı”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti