|
Xorvatiyanın yerləşdiyi məkan - Avropanın cənubu, Balkan yarımadası dünyanın mühüm geosiyasi məntəqələrindən biridir.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasına səfəri böyük əhəmiyyət daşıyır:
“Artıq Azərbaycan-Xorvatiya münasibətlərini beynəlxalq hüquqa əsaslanan müqavilələr tənzimləyir. Bu səfərin əsas əhəmiyyəti hər şeydən əvvəl bu amildir. Səfər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi baxımından xüsusilə dəyərlidir. Ölkələrimiz arasında siyasi, ticarət, iqtisadi, elmi-texniki, mədəni və hümanitar sahələrdə geniş əməkdaşlıq var. Eyni zamanda Azərbaycan dövləti Balkan regionunda bir sıra layihələri həyata keçirir. Cənab Prezidentin Xorvatiya Respublikasına səfəri qarşılıqlı münasibətlərdə yeni addım olacaq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Xorvatiya Respublikasına rəsmi səfər edib.