Azərbaycan Avropada öz mövqelərini getdikcə daha da möhkəmləndirir.

Bu, ölkəmizə Avropa evinə inteqrasiyanı dərinləşdirməyə imkan verir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin ikitərəfli iqtisadi əlaqələrə təsiri haqda danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. Sabiq nazir qeyd edib ki, Xorvatiya-Azərbaycan münasibətləri son bir neçə ildə özünün yüksək inkişaf səviyyəsinə çatıb:

“Artıq ölkələrimiz bir-birini strateji müttəfiq kimi qəbul edir. Bu isə o deməkdir ki, Avropa evində sözümüzü deyən və bizi dəstəkləyən daha bir dost ölkə qazanmışıq. Azərbaycanın xarici siyasətinin bu istiqamətə köklənməsi müsbət haldır. Avropa Birliyi və NATO üzvü olan, Azərbaycanla tam səmimi münasibət quran bir ölkə ilə münasibətlərin bu səviyyəsindən ancaq məmnunluq ifadə edə bilərik. 2013-cü ildə Azərbaycan prezidentinin Xorvatiyaya rəsmi səfəri, 2016-cı ildə Xorvatiya prezidentinin Azərbaycana gəlməsi və nəhayət, 5 sentyabrda ölkə başçımızın bu ölkəyə təkrar səfəri iki ölkə arasında strateji əməkdaşlığa verilən qiymətdir”.

İqtisadçı iki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirib:

“Ticarət dövriyyəmiz 2017-ci ildə 176 milyon dollar olsa da, bunun 98,8%-dən çoxunu Azərbaycandan Xorovatiyaya satılan neft məhsulları təşkil edib. Hazırda Azərbaycanla Xorvatiya arasında iqtisadi əməkdaşlıqla bağlı qarşılıqlı komissiya fəaliyyət göstərir. Bu komissiyanın məqsədi iki ölkə arasında iqtisadi əlaqələri, ticarət dövriyyəsini genişləndirmək və onun strukturunu optimallaşdırmaqla bağlı təkliflər paketi işləyib hazırlamaqdır. Hər iki ölkə bir çox sahələrdə, xüsusilə də dərman preparatlarının istehsalında birgə layihələr həyata keçirmək niyyətindədir”.

F.Yusifovun sözlərinə görə, Xorvatiya Azərbaycan hökumətinin reallaşdırdığı və Avropanın bir çox ölkələrinin ərazisindən keçən qaz boru kəməri layihəsində iştirak etməkdə çox maraqlıdır:

“Bütün bunlar deməyə əsas verir ki, yaxın illərdə iqtisadi və ticarət əlaqələrimiz arzuolunan səviyyəyə çatacaq. Xorvatiyanın coğrafi mövqeyi kifayət qədər əlverişlidir. Xorvatiya Avropanın cənubuna TAP xətti vasitəsilə çatdırılan Xəzər qazından yararlanmaqda maraqlıdır. Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə gələcəkdə Avropaya göndəriləcək qazın həcminin həm ölkəmizin daxili imkanları, həm də qonşu ölkələrin qaz ehtiyatlarının bu xəttə qoşulması hesabına artırılması layihədə nəzərdə tutulandan bir neçə dəfə çox qaz nəql etməyə imkan verəcək. Belə olan halda isə Xorvatiya kimi bir dost ölkə Xəzər hövzəsindən gələcək qazdan istifadə edə biləcək. Bu isə hər iki tərəfin maraqlarına tam uyğundur. Təsadüfi deyil ki, Azərbaycan Xorvatiya ilə bu sahədə əməkdaşlığa böyük önəm verir. Son 4 ildə Bakıda ardıcıl olaraq keçirilən Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantılarda Xorvatiya yüksək səviyyədə təmsil olunub”.

Sabiq nazir əlavə edib ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələrini dərinləşdirməkdə davam edir:

“Azərbaycanın Avropa evində özünə daha yaxın dostlar tapması və yaxşı münasibətdə olduğu ölkələrlə əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəltməsi ölkəmizin siyasi meydanda çəkisini kifayət qədər artırır. Ölkəmizin Dağlıq Qarabağ kimi ciddi bir ərazi problemini nizamlamaq yolunda bütün resurslardan yararlanmağa çalışdığı bir dönəmdə Avropada özünə yaxın tərəfdaşların sayını artırması tədqirəlayiqdir”.

11 Aprel 2025 Azərbaycan-İran nümayəndə heyətləri Zəngilan və Naxçıvanda birgə layihələrə baxış keçirib
10 Aprel 2025 Azərbaycan-İran sərhədində yeni avtomobil körpüsünün istifadəyə veriləcəyi tarix bilinib
21 Mart 2025 Daxili işlər naziri xidmətə qəbuIla bağlı növbəti sıra baxışı keçirib
18 Mart 2025 Prezident və birinci xanım Ağdərənin Umudlu kəndinə gedən yolun açılışında iştirak ediblər
14 Mart 2025 Naftalan şəhəri, Goranboy və Xocalı rayonlarından olan vətəndaşların qəbuIu keçirilib VİDEO/FOTO
07 Mart 2025 AAYDA-da da 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilib FOTO
04 Mart 2025 Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər
04 Mart 2025 Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional nəqliyyat bağlantısına yeni üstünlüklər qazandıracaq: Bakıda yeni sazişlər imzalandı
28 Fevral 2025 Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriIib VİDEO/FOTO
22 Fevral 2025 AAYDA-nın əməkdaşları peşə bayramlarını qeyd edırlər
22 Fevral 2025 AAYDA-nın bir qrup əməkdaşı peşə bayramı münasibətilə mükafatlandırılıb VİDEO/FOTO
21 Fevral 2025 Qeyri-sabit hava ilə əlaqədar olaraq gecə saatlarında təcili müşavirə keçirilib VİDEO/FOTO
20 Fevral 2025 ADY ilə Asiya İnkişaf Bankı arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
28 Yanvar 2025 Saleh Məmmədov “Mühəndislik Rəşadəti” qızıl medalı ilə təltif olunub FOTO
28 Yanvar 2025 Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib FOTO
24 Yanvar 2025 Daxili İşlər Nazirliyində Kollegıya iclasi keçirilib
24 Yanvar 2025 Sabirabad, Saatlı və İmişli rayonlarından olan vətəndaşların qəbulu keçirilib VİDEO/FOTO
23 Yanvar 2025 ADY və İran Dəmir Yolları Şimal-Cənub dəhlizinin potensialının reallaşdırılması üçün əməkdaşlığı genişləndirir: Yeni sənəd imzalandı
21 Yanvar 2025 Metropolitençi övladının Vətənə bağlı ömrü
20 Yanvar 2025 Rövşən Rüstəmov və ADY kollektivi Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib

Xəbər lenti